Əli Əhmədov: “ABŞ-ın yeni səfiri Azərbaycanla bağlı daha obyektiv olmalıdır”
Bizi izləyin

Nida.az

Əli Əhmədov: “ABŞ-ın yeni səfiri Azərbaycanla bağlı daha obyektiv olmalıdır”

"Azərbaycanın ABŞ-la normal münasibətləri mövcuddur, həm də bu münasibətlərin bundan sonra da inkişaf etdirilməsi Azərbaycanın həyata keçirdiyi siyasətdə önəmli yerlərdən birini tutur". Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Yeni Azərbaycan Partiyasının icra katibi, Baş nazirin müavini Əli Əhmədov ABŞ-ın Azərbaycana təyin ediləcək yeni səfirindən gözləntiləri şərh edərkən deyib.

Ə.Əhmədov qeyd edib ki, bununla yanaşı, müxtəlif zamanlarda ayrı-ayrı insanlar Azərbaycandakı reallıqları təhrif edən bəyanatlar səsləndirirlər: “Azərbaycandakı real proseslərin üzərinə kölgə salmaq istəyən və bu proseslərin təhrif olunmuş şəkildə təqdimatından ibarət olan bu cür bəyanatlar Azərbaycan cəmiyyəti tərəfindən kəskin şəkildə pislənilir. Ən azından biz burada ya informasiya qıtlığının, ya da ədalətsiz yanaşmanın olduğunu qeyd etmək zorundayıq. Bildirmək istəyirəm ki, bu cür yanaşmalar, bu cür bəyanatlar bütövlükdə Azərbaycan-ABŞ münasibətlərinə müsbət təsir göstərmir. Digər bir tərəfdən, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün yaradılmış Minsk qrupunun həmsədrlərindən biridir və bütövlükdə Azərbaycanın ABŞ-dan gözləntiləri içərisində Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə və tezliklə həll olunması üçün daha böyük səylər göstərilməsi də var.

Ə.Əhmədov əlavə edib: "Azərbaycana göndərilən yeni ABŞ səfirindən başlıca gözləntimiz bundan ibarətdir ki, birincisi, münaqişənin tezliklə nizama salınması üçün həmsədr olaraq ABŞ səylərini daha da artırsın, enerjisini buraya sərf etsin, Azərbaycanı tənqid etməyə yox. İkincisi, yeni səfir öz dövlətinə Azərbaycanla bağlı daha səhih, daha obyektiv, daha düzgün və daha ədalətli informasiyalar təqdim etsin ki, ABŞ-ın ayrı-ayrı dövlət nümayəndələrinin Azərbaycanla bağlı səsləndirdiyi fikirlər, bəyanatar ədalətsizliyi, qeyri-obyektivliyi və informasiya qıtlığı ilə fərqlənməsin”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm