Lavrov: "Dağlıq Qarabağ probleminin həllində köməyi davam etdirəcəyik"
Bizi izləyin

Nida.az

Lavrov: "Dağlıq Qarabağ probleminin həllində köməyi davam etdirəcəyik"

Rusiya Dağlıq Qarabağ münaqişəsi tərəflərinə problemin həllində köməyi davam etdirəcək.

Trend xəbər verir ki, bunu cümə günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bazeldə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çoxdankı, mürəkkəb prosesdir: "Bu prosesdə yanaşmalar dəyişib və biz artıq bir neçə ildir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə qeydə alınmış prinsiplərin - ərazi bütövlüyünə hörmət, güc tətbiq etməmək və xalqların öz müqəddəratını təyin etmək hüququna hörmət - praktiki yerinə yetirilməsi üzrə danışıqlara başlamaq mümkün olsun deyə, bu yanaşmaları ortaq məxrəcə gətirmək üçün çalışırıq".

S.Lavrov qeyd edib ki, bu, çox çətin prosesdir, lakin davam etdiriləcək: "Əminəm ki, biz və ABŞ, Fransadan olan tərəfdaşlarımız ümumi məqbul razılığa gəlmək üçün yenə də Azərbaycan və Ermənistana kömək edəcəyik".

Nazir əlavə edib ki, ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində həmsədrlər birgə bəyanat yaydılar: "Bəyanatda onlar münaqişənin həlli yolunu tapmaq üçün tərəflərə kömək göstərmək qətiyyətlərini təsdiq etdilər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm