Qənirə Paşayeva Asiya Parlament Assambleyasında (APA) azərbaycanlı girovlarla bağlı çağırış edib
Bizi izləyin

Nida.az

Qənirə Paşayeva Asiya Parlament Assambleyasında (APA) azərbaycanlı girovlarla bağlı çağırış edib

Asiya Parlament Assambleyasının Pakistanda keçirilən 7-ci sessiyası çərçivəsində çıxış edən millət vəkili Qənirə Paşayeva dünyada rasizm, dözümsüzlüyün artması ilə bağlı çıxışı zamanı deyib: “Dünyada rasizmin, nifrətin, tolerentsızlığın getdikcə artması bizi ciddi narahat etməlidir və təşkilata üzv-ölkələr bu problemi görməzdən gəlməməli və onun qarşısını almaq üçün harada baş verməsindən asılı olamayaraq ciddi addımlar atılmalıdır. Böyüyən gənc nəsillər etnik kökənindən, dini kimliyindən, cinsi və sosial statusundan asılı olamayaraq, hər kəsə qarşı tolerant və hörmət hissi ilə böyüdülməlidir.

Amma təəssüf ki, bəzi ölkələrdə bir sıra siyasətçilərin çıxışları, KİV-də yayılan məlumatlar, tam əksinə, dözümsüzlüyün, nifrət və rasizmin artmasına xidmət edir. Mən bu kimi hallardan əziyyət çəkmiş bir ölkənin nümayəndəsiyəm və dözümsüzlüyün, nifrətin, rasizmin nələrə gətirib çıxara biləcəyini görmək üçün ölkəmin yaxın tarixinə aid bəzi məlumatları sizinlə bölüşmək istəyirəm. Ermənistanda tolerantsızlığın, nifrətin və rasizmin təhsil sistemində, siyasətçilərin çıxışlarında və KİV-də geniş yayılmasının nəticəsində etnik təmizləmə siyasəti aparıldı və 1988-ci ildə bu ölkədə yaşayan azərbaycanlıları zorla öz evlərindən çıxarılaraq, qovdular. Bundan sonra Ermənistan Azərbaycan torpaqlarını işğal edərək, 20 mindən çox azərbaycanlını qətlə yetirdi, Xocalıda soyqırımı həyata keçirdilər. 1 milyon azərbaycanlı öz evindən zorla qovularaq Ermənistan tərəfindən qaçqın və məcburi köçkün halına salındı və onlar 20 ildən artıqdır ki, öz evlərinə dönə bilmilər. Ermənistan beynəlxalq təşkilatların qətnamələrini yerinə yetirməyərək, işğal etdiyi Azərbaycan torpaqlarını işğaldan azad etmir”. Millət vəkili Qənirə Paşayeva Ermənistan tərəfindən əsir və girov götürülmüş azərbaycanlılar, onlara qarşı törədilmiş qeyri-insani əməllər və bu gün girov saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovdan danışaraq Asiya Parlament Assambleyasına çağırış edib.

“Ermənistan tərəfindən girov götürülən azərbaycanlılar, Həsən Həsənov, Şahbaz Quliyev və Dilqəm Əsgərova qarşı bütün beynəlxalq normaları pozaraq inşanlıqdan kənar əməllər həyata keçiriblər. Həsən Həsənov vəhşicəsinə qətlə yetirilib, Şahbaz Quliyev və Dilqəm Əsgərova əziyyət və işgəncələr verilməkdədir. Onlar hələ də girov kimi saxlanılmaqdadır və Asiya Parlament Assambleyası da bu məsələyə özünün sərt münasibətini göstərməlidir. Düşünə bilirsinizmi, 20 ilddən artıqdır ki, öz evinə dönə bilməyən, onu görə bilməyən bir insan dözə bilməyib öz evini görməyə gedir və ona qarşı bu cür insanlıqdan kənar əməllər edilir, əziyyətlər verilir. Ona görə də biz sizi bu cür qeyri-insani əməllərə qarşı etiraz səsinizi ucaltmağa cağırırıq və ümid edirik ki, siz bu cür ciddi məsələrə laqeyid qalmayacaqsınız”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm