GUAM rus dilindən imtina etdi
Bizi izləyin

Nida.az

GUAM rus dilindən imtina etdi

Kiyev və Moskva arasında gərgin münasibətlər özünü GUAM-da da göstərib.

Publika.az-ın “censor.net.ua” saytına istinadən verdiyi məlumata görə, GUAM-a sədrliyin Ukraynaya keçməsi ilə rus dili təşkilatda işçi dil statusunu itirib.

Ukraynanın xarici işlər naziri Pavel Klimkin “Tvitter” səhifəsində qeyd edib ki, təşkilatda işçi dil ingilis dili olacaq. “GUAM-a sədrliyi təhvil alıram. Təşkilata yeni məna vermək lazımdır", - Klimkin yazıb.

Nazir iclası rus dilində deyil, ingilis dilində keçirməyi təklif etdiyini vurğulayıb: “Təklifimi hamı dəstəklədi. GUAM-ın baş katibi isə kompüterində ümumiyyətlə kirill əlifbası olmadığını nümayiş etdirdi. Necə deyərlər, “on the same page”.

GUAM Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən regional təşkilatdır. Təşkilat 1997-ci il oktyabrın 10-da yaradılıb. 1999-2005-ci illərdə Özbəkistan da təşkilatın üzvü olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm