Qubad İbadoğlu: “ADR-in təşkilat komitəsi formalaşdırılacaq”
Bizi izləyin

Nida.az

Qubad İbadoğlu: “ADR-in təşkilat komitəsi formalaşdırılacaq”

Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlu partiyanın yeni rəhbərliyindən narazı olanların yaratdığı Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının gələcək fəaliyyətini açıqlayıb.


Publika.az xəbər verir ki, Q. İbadoğlu hərəkatın təşkilatlanması və ictimai institut kimi formalaşması istiqamətində yaxın günlərdə addımlar atacağını bildirib: “Azərbaycanın modernləşdirilməsi və inkişafı sahəsində islahatların strateji hədəflərin müəyyənləşdirilməsi və onlara nail olunması ilə bağlı son zamanlar apardığımız müzakirə və diskussiyaların bir mərhələsini bitirərək, Azərbaycan Demokratiya və Rifah Hərəkatını təsis etməyimiz cəmiyyətə demokratiya və azadlıqlar uğrunda mücadiləmizi daha geniş formatda davam etdirmək niyyətimizdən irəli gəlir. Bu niyyətlə yaxın günlərdə ADR hərəkatının təşkilatlanması və bir ictimai institut kimi formalaşması ilə bağlı işləri həyata keçirməyi planlaşdırırıq. İlkin olaraq ADR-in təsis konfransının keçirilməsi üçün təşkilat komitəsi formalaşdırılacaq”.


Q. İbadoğlu milli, dini və siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəsi ADR-in təsis konfransında yaxından iştirak etməyə, rəsmi olaraq hərəkata qoşulmaq üçün hərəkətə keçməyə çağırıb: “Bunun üçün təsis bəyannaməsini imzalamış təşəbbüskarlardan birinə müraciət etməyiniz yetərlidir. Mübarizəmizi hər iki cəbhədə uğurla başa çatdırmaq üçün hər birinizin dəstəyinə ehtiyacımız var”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm