Dağlıq Qarabağın azərbaycanlı icması Papaya: “Bir dəfə də bizim üçün dua et”
Bizi izləyin

Nida.az

Dağlıq Qarabağın azərbaycanlı icması Papaya: “Bir dəfə də bizim üçün dua et”

Dağlıq Qarabağın azərbaycanlı icması Roma Papasına müraciət edib.


“Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rövşən Rzayev Publika.az-a açıqlamasında Türkiyəyə səfəri zamanı Ermənistanla sərhədlərin açılması çağırışı edən Roma Papası Fransiskə müraciət edib.


“Dağlıq Qarabağın azərbaycanlı icmasının adından Roma Papasına müraciət edirəm ki, sərhədlərin açılması üçün dua etmək əvəzinə, bircə dəfə bizim üçün də dua et. Öz nüfuzundan istifadə edib insanların taleyi ilə bağlı məsələlərə də diqqət yetir”, - deyə icma rəsmisi bildirib.


R. Rzayev Roma Papasının sərhədlərlə bağlı mövqeyini erməni lobbisinin təzyiqi ilə əlaqələndirib: “Bu, erməni lobbisinin təzyiqindən başqa bir şey deyil. Erməni lobbisi dünyanın tanınmış insanlarına təzyiq edərək onları bu cür mövqelər sərgiləməyə vadar edir. Roma Papası mötəbər insandır. Lakin onun sərhədlərin açılması ilə yox, əziyyət çəkən insanların taleyini müdafiə etməklə gündəmə gəlməsini istəyərdik”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm