Rauf Arifoğlu Arif Hacılı ilə görüşündən danışdı: “Nəticələrdən razı qaldım”
Bizi izləyin

Nida.az

Rauf Arifoğlu Arif Hacılı ilə görüşündən danışdı: “Nəticələrdən razı qaldım”

“Arif Hacılı ilə görüşümüz dostluq atmosferində keçdi. Yaranmış problemlə bağlı ikimiz də mövqelərimizi açıqladıq. Təkliflər irəli sürüldü”.


Bu barədə Publika.az-a “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bu gün Müsavat başqanı Arif Hacılı ilə görüşü barədə danışarkən deyib.


R. Arifoğlu görüşün faydalı keçdiyini bildirib: “Faydalı görüş oldu, bir çox məsələlərə dair öz mövqeyimizi dəqiqləşdirdik. Ayrıca Arif Hacılı partiyanın 14 dekabra təyin etdiyi mitinqə görə qəzetin informasiya dəstəyi verməsini xahiş etdi və bu, anlayışla qarşılandı. Mən görüşün nəticələrindən və orada əldə etdiyim məlumatlardan razı qaldım”.


Qeyd edək ki, görüş bu gün saat 15:00-da Müsavat başqanının təşəbbüsü ilə baş tutub. Buna səbəb isə dünən gecə Müsavat başqanının müavini Osman Kazımovun sosial şəbəkədə “Yeni Müsavat”la AXCP arasında baş verənlərin Müsavat Partiyasına aidiyyəti yoxdur” deyə yazmasına Rauf Arifoğlunun etirazı olub. Rauf Arifoğlu “facebook”dakı statusunda gələn həftə qəzetdə çalışan müsavatçıların partiyada qalıb-qalmamaq məsələsinin müzakirə olunacağını yazıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm