Müsavatdan çıxarılanlar Əli Kərimlinin yanına gedir? – Şok
Bizi izləyin

Nida.az

Müsavatdan çıxarılanlar Əli Kərimlinin yanına gedir? – Şok

Müsavat Partiyasından çıxarılanlar AXCP-yə üz tutmaq qərarına gəliblər.

Bu barədə adının açıqlanmasını istəməyən partiyanın hazırkı rəhbərliyində təmsil olunanlardan biri deyib. Məlumata görə, partiyadan qovulanlarla AXCP sədri Əli Kərimli də maraqlanır.


“Əli Kərimli öz təbirincə Müsavata qarşı revanş etmək istəyir”, - deyə məlumatda deyilir.

Sosial şəbəkələrdə də eyni tipli məlumatlar yayılmaqdadır. Bu məlumatlarda konkret olaraq Kamil Xəlilbəylinin adı çəkilir.


Məsələ ilə bağlı Publika.az-a danışan K. Xəlilbəyli bunu təkzib edib: “Bu cür şayiələr mənim “Azərbaycan Saatı”da yayınlanan müsahibəmdən sonra yayılıb. Guya mən cəbhə ilə anlaşmışam”.


Qeyd edək ki, “Azərbaycan Saatı” verilişinin rəhbəri Əli Kərimliyə yaxın “Azadlıq” qəzetinin baş redaktoru, hazırda xaricdə yaşayan Qənimət Zahiddir.

K. Xəlilbəyli həyatı boyu müsavatçı olduğunu, bundan sonra da belə olacağını bildirib: “Şəxsən mənim qayəm, başqanın kimliyi deyil, partiya daxili demokratiyanın və ədalətin təmin edilməsinə nail olmaqdır. Cəmiyyətin demokratikləşdirilməsinin yolunun isə özümüzü demokratlaşdırmaqdan keçdiyinin fərqində olduğum üçün Müsavat Partiyasında bu gün hökm sürən nizamnamə pozuntularının aradan qaldırılaraq ədalət prinsipinin təmin edilməsinə nail olmaqdır. Bu prinsip isə sadəcə üzvlüyüm bərpası deyil, eyni zamanda istefa edən və partiyadan çıxarılan insanlarımızın hüquqlarının qorunması, qarşılıqlı müzakirə və anlaşma yolu ilə bu stiuasiyadan çıxmaqla bərqərar edilə bilər. Bu yöndə qəsdli olaraq, kimlər tərəfindənsə haqqımızda çıxarılan belə şaiyələr əsassızdır, sadəcə və sadəcə əqidəmizə bir ləkə vurmaq istəyindən ibarətdir. Fədakar müsavatçıların var olduğuna inandığım kimi, fədakar çəbhəçilərin də olduğuna inanıram. Bu insanlarla bir arada olmağı sadəcə bir əqidə, hədəf və məfkurə birliyi olaraq qəbul edib, bunu cəbhə ilə anlaşmaq kimi dəyərləndirənləri qınayıram. Belə şaiyələri buraxanlar sadəcə müxalif düşərgədə insanlar arasında nifrət toxumu əkməklə yanaşı, demokratiyanın əsasını təşkil edən fikir plüralizminə qəsd etmiş olurlar. Bu da söz azadlığının pozulması deməkdir”.


K. Xəlilbəyli bu şaiyələri yayanların kimliyini bildiyini açıqlayıb.


“Bu şaiyəni buraxan adını çəkmək istəmədiyim “müsavatçılara” keçmişlərinə baxıb, neçə partiya dəyişdiklərinə nəzər salmalarını, qucaqdan qucağa düşən onların, ya bizim olduğumuza qərar vermələrini məsləhət görürəm”, - deyə o bildirib.

Müsavatdan çıxarılan Səxavət Əlisoy da Publika.az-a açıqlamasında yayılan xəbərləri şaiyə adlandırıb. Onun sözlərinə görə, bunu, onları gözü götürməyənlər edir: “Bununla bizi ləkələmək istəyirlər. Lakin biz təpədən dırnağa qədər müsavatçıyıq. Hansısa vəzifəpərəstlər kimi nəyəsə görə əqidəmizdən dönmərik”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm