Nida.az
Vəfa Quluzadədən gözlənilməz AÇIQLAMA: Kliçko qalib gəlsə, Qarabağ məsələsi həll ediləcək
“Ukrayna tamamilə Avropaya yönələndən və Rusiya imperiyanı bərpa etmək yolundakı bütün ümidlərini itirəndən sonra Dağlıq Qarabağ münaqişəsi həll olunacaq”.Bunu Modern.az saytına keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə Dağlıq Qarabağla bağlı aparılan danışıqların perspektivini şərh edərkən deyib.
“ABŞ Qarabağ problemini əsas prioritet elan edəndən sonra münaqişə həll olunacaq”
Siyasi ekspert Dağlıq Qarabağ konfliktinin həlli istiqamətində
ABŞ-ın səylərinə diqqət çəkib. Onun sözlərinə görə Ağ Ev Qarabağ
probleminin çözümünü əsas prioritet elan edəndən sonra münaqişə öz
həllini tapacaq.
“ABŞ münaqişənin həllində həmişə fəallıq göstərib. İndiki
vəziyyətdə Ukrayna ABŞ-ın prioritetidir. ABŞ Ukrayna məsələsinin
üzərində möhkəm dayanıb və axıra qədər də belə davam edəcək. Bir
gün Cənubi Qafqazda sülh və Dağlıq Qarabağ münaqişəsinin həlli
ABŞ-ın prioriteti olacaq. O zaman məsələlər öz məcrasına düşəcək və
problemlər həll olunacaq”-deyə V.Quluzadə bildirib.
“Minsk Qrupu münaqişənin həllinə heç bir xeyir vermir”
Analitik Minsk Qrupunun formatının dəyişməsi ilə bağlı suala belə aydınlıq gətirib: “Minsk Qrupu münaqişənin həllinə heç bir xeyir vermir. Nə qədər müzakirə ola bilər?”. Sabiq dövlət müşaviri onu da qeyd edib ki, Dağlıq Qarabağ probleminin ədalətli nizamlanmasında danışıqlar elə də rol oynamır. Ekspertin fikrincə, konfliktin danışıqlar yolu ilə tənzimlənməsi üçün gərək siyasi bünövrə olsun.
“Ermənilərin marağı Dağlıq Qarabağ probleminin tezliklə həll olunmasından ibarətdir”
Quluzadənin sözlərinə görə, dünya danışıqlar üçün siyasi atmosferə hazır olmalıdır. “Atmosfer nədən ibarət olmalıdır? Rusiya imperiya kimi çökməlidir. Bundan sonra Rusiyanın yaratdığı bütün münaqişələr həll olunacaq. Regiondakı bütün münaqişələri, erməni millətçiliyini Rusiya yaradıb. Rusiya Ermənistanı idarə edir. Kreml elə siyasət yürüdür ki, ermənilər Qarabağla bağlı hər hansı razılıqdan boyun qaçırır. Ermənilərin marağı Dağlıq Qarabağ probleminin tezliklə həll olunmasından ibarətdir. Ermənilər məsələnin həllinə razılıq verəndə Rusiya tərəfindən müxtəlif vasitələrlə onlara təzyiq olunur. Ya parlament nümayəndələrini güllələyirlər, ya prezidenti işdən çıxarırlar. Ermənistanın keçmiş prezidenti Levon-Ter Petrosyan o zaman münaqişəni birbaşa Azərbaycanla həll etmək istəyəndə Moskva onu işindən kənarlaşdırdı. Serj Sərkisyan isə tam olaraq Rusiyanın nökərinə çevrilib”-deyə V.Quluzadə şərh edib.
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO