Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirləri yenidən görüşəcək
Bizi izləyin

Nida.az

Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirləri yenidən görüşəcək

Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin görüşü çərçivəsində Gürcüstanın xarici işlər naziri Maya Pancikidze fevralın 19-da Bakıya səfər edəcək.Bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyindən bildiriliblər.

Publika.Az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da fevralın 19-da Bakıya səfərə gələcək.Qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirə olunacağı iclas Gəncədə keçiriləcək.

Bu, Azərbaycan, Türkiyə və Gürcüstanın XİN rəhbərlərinin üçüncü görüşü olacaq. Nazirlərin ikinci görüşü 2013-cü il martın 13-də Batumidə keçirilib.Görüş Türkiyənin Trabzon şəhərində 2012-ci il iyunun 8-də qəbul olunan bəyannamə əsasında keçirilir.

Bəyannamə Gürcüstanın, Türkiyənin və Azərbaycanın qarşılıqlı əməkdaşlığının iqtisadiyyat, energetika, infrastruktur, nəqliyyat, mədəniyyət və humanitar sahələr kimi ən əhəmiyyətli istiqamətlərini əks etdirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm