Qənirə Paşayeva senator Barrister Aitzaz Ahsanla görüşüb
Bizi izləyin

Nida.az

Qənirə Paşayeva senator Barrister Aitzaz Ahsanla görüşüb

Asiya Parlament Assambleyasının Pakistanda keçirilən sessiyasında iştirak etmək üçün bu ölkədə səfərdə olan millət vəkili , Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Pakistan Senatında Parlament Fraksiyasının rəhbəri, senator Barrister Aitzaz Ahsanla görüşüb.

Millət vəkili Qənirə Paşayeva Senatda Parlament Fraksiyasının rəhbəri, senator Barrister Aitzaz Ahsana Dağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyət, Ermənistanın bölgədə davam edən təxribatları, Azərbaycanın bölgədə və dünyada Ermənistanın təxribatlarına qarşı mübarizəsi, əldə olunan nəticələr barədə də geniş məlumat verib. Azərbaycan Prezidentinin və Parlamentinin hər zaman dost Pakistanla münasibətlərin inkişafına böyük önəm verdiyini və bütün istiqamətlərdə ikitərəfli münasibətlərimizin inkişaf etdiyini deyən millət vəkili Qənirə Paşayeva Pakistan Senatında Xocalı Soyqırımını tanıyan qətnamənin qəbuluna görə Fraksiya rəhbərinə təşəkkürünü bildirib. “ Pakistan senatı Xocalı soyqırımını rəsmi olaraq tanıyıb, eləcə də Pakistan Azərbaycan torpaqlarını işğalda saxladığı üçün Ermənistanla diplomatik əlaqələr qurmayıb. Azərbaycan xalqı dost və qardaş Pakistan dövlətinin, parlamentinin bu addımını Azərbaycana ən böyük dəstəyi və qiyməti kimi dəyərləndirir”.

Q. Paşayeva ölkələrimiz arasında münasibətlərinin inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qardaş Pakistanda həyata keçirdiyi böyük və əhəmiyyətli layihələrin xüsusi rolunu da vurğulayıb. Dost Azərbaycanı hər zaman yüksək qiymətləndirdiklərini deyən Pakistan Senatında Parlament Fraksiyasının rəhbəri, senator Barrister Aitzaz Ahsan münasibətlərimizin daha da inkişafı bizi məmnun edir və əməkdaşlığımızın bütün istiqamətlərdə bundan sonra daha da genişləndirilməsi istqamətində daha çox addımlar atılacağını bildirib. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Pakistanın birmənalı mövqeyi olduğunu və bunun heç bir zaman dəyişməyəcəyini deyən Pakistan Senatında Parlament Fraksiyasının rəhbəri, senator Barrister Aitzaz Ahsan parlamentlərarası əməkdaşlığın inkişafı istiqamətində də işlərin daha da surətlənəcəyini deyib. Sizi Azərbaycanda görməkdən məmnun olacağıq deyən millət vəkili Qənirə Paşayeva Pakistan Senatında Parlament Fraksiyasının rəhbəri, senator Barrister Aitzaz Ahsanla Pakistan, Pakistan-Azərbaycan münasibətləri ilə bağlı yazdığı kitabla bağlı da fikir mübadiləsi aparıb. Azərbaycan-Pakistan müasibətlərinin tarixi, bu günü ilə bərabər Pakistan, onun müxtəlf bölgələri ilə də bağlı maraqlı yazıların da yer alacağı kitabda son tamamlama işlərinin getdiyini deyən Q. Paşayeva Azərbaycanda gənc nəsillərin qardaş Pakistanı daha yaxından tanımasına dəstək olacaq kitabın Pakistan Milli Günündə Pakistan xalqına kiçik bir hədiyyə olaraq təqdim olunacağını deyib. Pakistanı Azərbaycanda, Azərbaycanı da Pakistanda daha da geniş tanıdan layihələrin böyük önəmi daşıdığını bildirən Pakistan Senatında Parlament Fraksiyasının rəhbəri, senator Barrister Aitzaz Ahsan millət vəkili Qənirə Paşayevaya xüsusi təşəkkürünü bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm