MSK bələdiyyə seçkiləri ilə bağlı iclas keçirdi
Bizi izləyin

Nida.az

MSK bələdiyyə seçkiləri ilə bağlı iclas keçirdi

Dekabrın 6-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirildi. Əvvəlcə Komissiyanın 26 noyabr 2014-cü il tarixində keçirilmiş iclasının protokolu təsdiq edildi.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, iclasda 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində əraziləri bir neçə seçki dairəsi arasında bölünmüş bələdiyyələr üzrə səsvermənin yekunlarının müəyyən olunması məsələsinə baxıldı. Komissiyanın qərarı ilə 14 bu cür bələdiyyə üzrə səsvermə protokollarını tərtib etməli olan dairə seçki komissiyaları müəyyənləşdirildi.

Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə də baxıldı. Komissiya üzvlərinin müzakirəsindən sonra daxil olmuş müraciətlərdən birinin qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürülməklə verildiyindən ərizəçiyə geri göndərilməsinə, digər müraciətin isə təmin edilməsinə qərar verildi.

MSK-nın qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edildi.

İclasda cari məsələlərə də baxıldı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm