YAP Bülənt Arıncı müdafiə etdi
Bizi izləyin

Nida.az

YAP Bülənt Arıncı müdafiə etdi

"Mən Türkiyənin azərbaycanlı jurnalistin ölkə ərazisindən deportasiya edilməsi ilə bağlı mövqeyini dəstəkləyirəm."

"İlham Əliyev irimiqyaslı işlər görməsinə baxmayaraq, ölkə daxilində onu da tənqid edənlər var"

"Mən Türkiyənin azərbaycanlı jurnalistin ölkə ərazisindən deportasiya edilməsi ilə bağlı mövqeyini dəstəkləyirəm."

Bunu Avropa.info-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü Aydın Mirəzəzadə bildirb. Onun sözlərinə görə, kimliyindən asılı olmayaraq xarici vətəndaş, vətəndaşı olmadığı ölkənin daxili işlərinə, xüsusən də siyasi proseslərə müdaxilə etməsi, onun siyasi rəhbərliyi haqqında mövqe sərgiləməsi düzgün yanaşma deyil:

"Baxmayaraq ki, Mahir Zeynalov müqavilə əsasında Türkiyə mətbuatında çalışırdi, amma unutmamalı idi ki, o Azərbaycan vətəndaşıdır və qardaş ölkənin daxili işlərinə qarışması yolverilməz haldır. Bu bütün dünyada belədir. Xarici vətəndaş başqa bir ölkənin daxili işlərinə qarımasına yol verilmir.Bu baxımdan mən Türkiyə hökumətinin bu mövqeyinə hörmətlə yanaşıran." Baş nazirin müavini Bülənt Arıncın açıqlamasına gəldikdə isə burada məsələyə yanaşma bir az fərqlidir: “Belə ki, Azərbaycan prezidenti İlham Əliyev irimiqyaslı işlər görməsinə baxmayaraq, ölkə daxilində onun bu işlərini bəyənməyən, tənqid edənlər, müxalif mövqe nümayiş etdirənlər var və bu mənada onun dedikləri ilə razı deyiləm.”

Qeyd edək ki, Türkiyənin baş nazirinin müavini B.Arınç Mahir Zeynalovun Türkiyədən deportasiya olunmasına qarşı çıxanlara qarşı olduqca sərt açıqlama verib: “O dəyərli dostumuza demək istəyirəm ki, twitterdən Türkiyənin baş naziri haqda səsləndirdiyi fikirləri öz ölkəsində, ölkəsinin baş naziri və prezidenti üçün deyə bilirmi? Və ya Türkiyədə işləməyə davam etdiyi təqdirdə Azərbaycan prezidenti və baş naziri ilə bağlı hansısa bir məsələ olsa idi, bir mesaj yaza biləcəkdimi? Türkiyə ilə öz ölkəsinin müqayisəsi mümkündürsə, jurnalist dostumuza bunun üçün bir cəhd etməsini məsləhət görürəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm