“Bakı öz tarixi qonşusunu satmadı” – Vaşinqtonun təzyiqinin arxasında nə dayanır
Bizi izləyin

Nida.az

“Bakı öz tarixi qonşusunu satmadı” – Vaşinqtonun təzyiqinin arxasında nə dayanır

Vaşinqtonun Bakıya qarşı təzyiqi Rusiyaya qarşı sanksiyalara qoşulmaması ilə bağlıdır.


Publika.az xəbər verir ki, bu barədə Rusiyanın “Nezavisimaya qazeta” nəşri son vaxtlar Qərb siyasətçilərinin, xüsusilə ABŞ rəsmilərinin Azərbaycana qarşı “insan haqları” bəyanatı səsləndirməsini şərh edərkən yazıb.


Nəşr ABŞ Dövlət katibinin sözçüsü Cen Psakinin Azərbaycanla bağlı açıqlamasını xatırladaraq rəsmi Bakının müxtəlif səviyyələrdə buna cavab verdiyini bildirib: “Bakı Vaşinqtona öz siqnalını göndərdi. Bu siqnal Bakının müstəqil siyasətdən əl çəkməyəcəyi ilə bağlıdır. Maraqlı məqam Vaşinqtonun təzyiqlərinin nə vaxtdan başlaması ilə bağlıdır. Ukraynadan sonra Rusiyaya qarşı Qərb sanksiyaları işə düşdü. Bir çox ölkələr Rusiyaya qarşı sanksiyalara qoşuldu, hər kəs hansısa formada Qərbə özünü yaxşı tərəfdən göstərməyə çalışdı. Lakin Azərbaycan öz tarixi qonşusunu satmadı. Məhz bu, Vaşinqtonun xoşuna gəlmir və insan haqları, demokratiya adı altında əsl məqsədi gizlədərək təzyiq elementlərini işə salır”.


“Nezavisimaya qazeta” Bakının Vaşinqtona öz siqnalını verdiyini hesab edir.


“Qərəzli mövqeyə sərt reaksiya Bakının siqnalı idi. Bununla Azərbaycan hökuməti “heç kim və heç nə müstəqil siyasətimizi dəyişdirə bilməz” demək istəyirdi. Göründüyü kimi, rəsmi Bakı xarici siyasətində milli maraqlarını heç nəyə qurban vermək niyyətində deyil”, - deyə nəşr vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm