Ərdoğan Əliyevi nə üçün seçib? – GÖZLƏNTİ
Bizi izləyin

Nida.az

Ərdoğan Əliyevi nə üçün seçib? – GÖZLƏNTİ

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan prezidenti İlham Əliyevi böyük iyirmiliyin (G-20) 2015-c ilin noyabrında Antalyada keçiriləcək zirvə toplantısına dəvət etməsi Türkiyə-Azərbaycan ittifaqının daha da güclənməsi və əsl regional gücə çevrilməsində önəmli addım sayıla bilər”.


Publika.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu Ankara-Bakı-Moskva yaxınlaşması haqda deyib.


Politoloqun sözlərinə görə, 2015-ci ildə G-20-lərə Türkiyə sədrlik edəcək və Türkiyə üzv ölkələrdən başqa istədiyi bir dövləti bu tədbirə qonaq qismində dəvət etmək hüququna malikdir: “2013-cü ildə G-20-yə ev sahibliyini həyata keçirən Rusiya Qazaxıstanı, 2014-cü ildə Avstraliya isə Yeni Zellandiyanı seçmişdi. Türkiyə Azərbaycanı seçib. Azərbaycanın qarşıdakı ildə qurumun bütün tədbirlərində iştirak edəcək. Dünya iqtisadiyyatının 95 faizi, ticarətin 85 faizi, əhalinin isə 2/3 hissəsi G-20 ölkələrində cəmləşib. Belə bir kluba dəvət və hətta kənardan da olsa söz haqqına malik olmaq sıradan bir hadisə deyil. İl boyu G-20-lər çərçivəsində keçiriləcək tədbirlərdə dünya iqtisadiyyatının böyüməsindən və ticarət imkanlarının genişlənməsindən tutmuş, enerji əməkdaşlığına qədər onlarla mövzu müzakirəyə çıxarılacaq və Azərbaycan bütün bu müzakirələrdə iştirak edəcək”.


E. Şahinoğlu Türkiyə və Azərbaycan prezidentlərinin bu mövzunu telefonla dekabrın 1-də müzakirə etdiklərinə diqqət çəkib: “ Eyni tarixdə Rusiya prezidenti Vladimir Putin Türkiyəyə rəsmi səfər edib. Fikrimcə, bu təsadüf deyil. Türkiyə və Azərbaycan prezidentləri telefon görüşməsində Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı məsələləri müzakirə ediblər. Bu isə o deməkdir ki, bu münaqişənin həlli Ankara üçün əvvəlki kimi prioritet qalır və məsələ Rusiya prezidentinin də diqqətinə çatdırılıb. Digər tərəfdən, Azərbaycan prezidenti Dağlıq Qarabağ problemini və bunun regional əməkdaşlığa vurduğu ziyanı G-20-lərin zirvə toplantısında da gündəmə gətirmək imkanı qazanacaq”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm