• USD 1,7008 0,00% EUR 1,9988 +0,13%
    • GBP 2,1901 -0,11% RUB 0,0288 +0,35%

“Hədəfdə Qubad İbadoğlu və Vurğun Əyyubdur” – narazılardan şok açıqlama

  • Nida.az
  • 8 Dekabr 2014 14:49
  • 549 Baxış
“Hədəfdə Qubad İbadoğlu və Vurğun Əyyubdur” – narazılardan şok açıqlama

“MNTK-nın açıqlaması Müsavatda növbəti hədəfin Vurğun Əyyub və Qubad İbadoğlu olduğunu göstərir”.


Bunu Publika.az-a açıqlamasında Qubad İbadoğlunu dəstəkləyən Müsavat Qadınlar Birliyinin (MQB) sədri Ellada Məmmədli MNTK sədri Sevinc Hüseynovanın V. Əyyub və Q. İbadoğlunun məsələsinə baxıla biləcəyi haqda fikirlərinə münasibət bildirərkən deyib.


E. Məmmədli hesab edir ki, rəhbərlik MNTK-ya belə bir tapşırıq verib: “Bu açıqlama rəhbərliyin MNTK-ya belə bir tapşırıq verdiyini göstərir. Halbuki nə Vurğun bəy, nə də Qubad bəy partiya haqqında pis söz işlətməyiblər. Mən əvvəl də demişəm ki, yeni rəhbərlik verəcəyi qərarı öncə sosial şəbəkələrdə müzakirəyə çıxarıb hədəfi tənqid edir, sonra qərarını verir. Vaxtilə Osman Kazımov da bu proseslərin anonsunu əvvəlcə sosial şəbəkələrdə verdi, sonra baş verənlər yaşandı. Görünür, növbəti hədəf Vurğun Əyyub və Qubad İbadoğludur, yaxud ikisindən biridir”.

Müsavat üzvü, keçmiş başqan müşaviri Hüseyn Məlik Publika.az-a açıqlamasında MNTK-dan müsavatçıları qorxutmaq üçün istifadə edildiyini bildirib: “Vurğun bəyin dediklərinin əsasları var. Qurultay günü Məclis üzvləri seçildi, lakin bülletenlər bir gün sonra qərargahda sayıldı. Məclis üzvləri seçiləndən sonra qurultay onların səlahiyyətini təsdiq etməli idi. Lakin etmədi. Bunun alternativ yolu kimi, keçmiş Məclisə seçilənləri təsdiq etmək səlahiyyəti verilməli idi. Amma bunu da etmədilər. Vurğun bəy də haqlı olaraq Məclisi səlahiyyətsiz orqan adlandırır. Onunla tam razıyam. Məclisin seçdiyi MNTK-a, Divan da səlahiyyətsizdir. Biz burda siyasi yox, hüquqi dava aparırıq. Səlahiyyətsiz orqanın seçdiyi qurumlar necə səlahiyyətli ola bilər?”


H. Məlik MNTK-nın haqsızlığının son həddə çatdığını bildirib.


“Əgər Vurğun bəyi çıxarsalar, bu haqsızlığın son həddidir. Belə bir qərarı mən tanımayacam. Bu gün MNTK-nı məhkəmə orqanı edib müsavatçıları cəzalandırırlar. Bu qurum fəaliyyətə başlayandan yalnız "asacam, kəsəcəm, qovacam" deyə qorxu yaratmaqla məşğul olur”, - deyə H. Məlik bildirib.


Asif Nərimanlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>