Azay Quliyev: “Xədicə İsmayılovanın həbsində siyasi məqam axtarmaq lazım deyil”
Bizi izləyin

Nida.az

Azay Quliyev: “Xədicə İsmayılovanın həbsində siyasi məqam axtarmaq lazım deyil”

“Jurnalist Xədicə İsmayılovanın həbsində hər hansı bir siyasi məqam və ya jurnalist fəaliyyətilə bağlılıq yoxdur, o, konkret bir şəxsin - vaxtilə həmkar olduğu bir gəncin şikayəti ilə saxlanılıb və haqqında həbs qəti imkan tədbiri seçilib”.

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib.

Azay Quliyevin sözlərinə görə, hüquq mühafizə orqanlarının əvvəllər ciddi münasibətləri olmuş şəxslərdən birinin şikayətinə qanuni reaksiyasına bəzi qurumların siyasi don geydirmək cəhdi anlaşılan deyil və qətiyyən yolverilməzdir: “Ən azı ona görə ki, Xədicə İsmayıl hökumət qurumlarının ittihamı ilə deyil, öz həmkarı və yaxın münasibətdə olduğu şəxsin şikayəti ilə həbs olunaraq, haqqında araşdırmalar aparılır. Hamı bilməlidir ki, siyasi fəaliyyət, peşəkar jurnalist fəaliyyəti heç kimə məhkəmə təqibindən immunitet hüququ vermir. Azərbaycan Respublikasında söz, mətbuat və informasiya azadlıqları mövcuddur və heç kim bu fəaliyyətə görə təqib olunmur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm