• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Asim Mollazadə qadınları başına topladı – FOTOLAR

  • Nida.az
  • 8 Dekabr 2014 17:39
  • 757 Baxış
Asim Mollazadə qadınları başına topladı – FOTOLAR

Bu gün Bakıda Demokratik İslahatlar Partiyası (DİP) tərəfindən “Azərbaycan qadınları 21-ci əsrdə” mövzusunda konfrans keçirilib.

Publika.az-ın məlumatına görə, konfransı giriş sözü ilə açan partiya sədri Asim Mollazadə qeyd edib ki, Türk və İslam dünyasında bir çox ilklərə imza atmış Azərbaycan qadınlarının üzərinə böyük missiya düşür: “Qadınlar ölkənin ictimai-siyasi həyatında fəal rol oynamaqla ölkənin inkişafına öz töhfələrini verə bilərlər. Azərbaycan qadınları 21-ci əsrin çağırışlarına cavab verməklə, öz fəal, savadlı, dünyadakı qadınlarla rəqabətdə irəli çıxmaq bacarıqları ilə yenə də Türk və İslam aləmindəki öncül qadın rolunu öz üzərinə götürməlidir. Demokratik İslahatlar Partiyasının qarşıya qoyduğu prioritet istiqamətlərdən biri də məhz qadınların inkişafına, ictimai-siyasi həyatda irəli çıxmasına yardım etməkdir. Bu konfransın da əsas məqsədi Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında fəal rolunun artırılması üçün səmərəli fikir və təklifləri dinləməkdir. Burada səslənən fikirlər əsasında müvafiq təkliflər paketi hazırlanaraq müvafiq icra və qanunverici hakimiyyətlərə təqdim ediləcək”.

Sonra DİP siyasi Şurasınını üzvü, “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin sədri Ülkər Abdullayeva "Azərbaycanda qadın liderliyi: problemlər və çıxış yolları" mövzusunda çıxış edib.

Çıxışdan sonra müzakirələr keçirilib.

Millət vəkillərindən Sevinc Fətəliyeva, bir sıra yerli və beynəlxalq təşkilatların rəhbərləri, müvafiq nazirlik və komitələrin, ali və orta təhsil müəssisələrinin təmsilçiləri mövzu barədə fikir və təkliflərini ifadə ediblər.

Jurnalist Fainə Hənifəyeva Azərbaycanda qadın və gender bərabərliyi məsələlərinin hər zaman aktual olduğunu diqqətə çatdırıb: “Azərbaycanda cümhuriyyət dövründə qadın və gender bərabərliyi məsələləri ilə bağlı kifayət qədər müzakirələr olurdu. Ancaq bu gün bir çox tanınmış ziyalılar, filosoflar, çox təəssüf ki, qadın məsələlərini az qaldırırlar. Qadınlarla bağlı məsələlər zaman-zaman diqqətdə saxlanılmalıdır”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR