Bakı və Ankara gizli “Turan ordusu” yaradır – Qərar iki il öncə verilib – İDDİA
Bizi izləyin

Nida.az

Bakı və Ankara gizli “Turan ordusu” yaradır – Qərar iki il öncə verilib – İDDİA

“Ukrayna böhranından sonra türkdilli dövlətlər bir-biri ilə daha sıx tellərlə bağlanmaq istiqamətində hərəkətə keçib. Çünki eyni ssenarinin bu ölkələrdə də baş verməsi ehtimalı var”.


Publika.az xəbər verir ki, İranın “Hemayat” saytı türkdilli ölkələrin vahid türk ordusu yaratdığını iddia edib.


Sayt müasir “Turan ordusunun” Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstandan ibarət olduğunu bildirib: “Bu ordu “Avrasiya güclərinin hərbi birliyi” adlanır. Bu hərbi blokun ilk iclası 2012-ci ildə Bakıda keçirilib. Bu görüşdə adı çəkilən ölkələrin hərbi rəhbərliyinin nümayəndələri iştirak edib. Ehtimallara görə, bu ittifaqa əlavə dövlətlər qoşula bilər. Monqolustan nümayəndə heyəti əlverişsiz hava şəraitinə görə uçuş yerinə yetirmə bilmədiklərini açıqlayıb. Lakin onlar növbəti iclaslarda olacaqlarını elan ediblər. Orda səslənən bəyanatlar türkdilli ölkələrin hərbi əməkdaşlığının möhkəmləndirilməsi üçün blok yaradılmasının hədəf olduğunu göstərir. Blokun mərkəzi qərargahının Ankarada təsis olunacağı güman edilir. Lakin blokla bağlı məsələlər tam həll olunmayıb. Çünki Türkiyə Şimali Atlantik İttifaqının üzvüdür və bu ölkədə NATO-nun hərbi bazaları var. Digər türkdilli ölkələrin fikrincə, bu fakt ittifaqın mövcudluğunu şübhəyə alır”.


Sayt türkdilli dövlətlərin ittifaqının NATO kimi təkcə hərbi blok olmayacağını da iddia edir.


“Burda ümumi dil əsas amildir. Türkdilli dövlətlərin ümumi dildən istifadə edərək bir bayraq altında vahid ordu və ittifaq yaradılmasına nail olması mümkündür. 2012-ci ildə Rusiya KİV-i Türkiyənin, Azərbaycanın və Orta Asiyanın iki ölkəsinin ümumi bayraq altında çıxış etməsi haqda məlumatlar yaydı. O vaxt Türkiyənin xarici işlər naziri olan Əhməd Davudoğlu da media qarşısında Türkiyə, Qırğızıstan, Azərbaycan və Qazaxıstanın türkdilli dövlətlərin ümumi bayrağı haqda razılığa gəldiklərini açıqladı. Bu bayraqda 4 ölkənin simvolu yer alıb: Qırğızıstan bayrağının günəşi, Azərbaycan bayrağının ulduzu, Türkiyə bayrağının ayparası və Qazaxıstan bayrağının çiçək ornamenti”, - deyə sayt bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm