Asim Mollazadə: “Azərbaycan “böyük qardaşa” əlvida edib”
Bizi izləyin

Nida.az

Asim Mollazadə: “Azərbaycan “böyük qardaşa” əlvida edib”

Demokratik İslahatlar Partiyasının (DİP) sədri, Milli Məclisin deputatı Asim Mollazadə son günlər Qərbin ayrı-ayrı təşkilatlarının Azərbaycana qarşı yaydıqları etiraz bəyanatlarına münasibət bildirib.

Deputat Publika.az-a açıqlamasında deyib ki, bu cür bəyanatlar gözlənilən idi: “Hər bir ölkə müstəqil siyasət yürüdəndə, ona qarşı təzyiqlər və bu cür cəhdlər olur. Mən buna təbii və normal baxıram. Çünki dünya siyasəti də məhz bunun üzərində qurulub.

Azərbaycana qarşı təzyiqlərin artması, dövlətimizin gücünün artması ilə bağlıdır. Dünyada mövcud olan güclü və zəngin təşkilatlanmış ayrı-ayrı ermənipərəst və digər qüvvələr Azərbaycana qarşı təzyiq cəhdlərinə əl atırlar. Bu qüvvələr arasında həm də Azərbaycanla enerji sahəsində rəqabət aparan təşkilatlar da var. Təzyiq üsulu kimi də məhz demokratiya və insan hüquqlarının qorunması məsələlərini önə sürürlər. Demokratiya təbii prosesdir. İndi dünyanın heç bir yerində mükəmməl demokratiya yoxdur.

Azərbaycan kimi gənc ölkələr isə demokratiya və insan haqları sahəsində müəyyən yol qət etməlidirlər, cəmiyyətdə bu istiqamətdə müxtəlif proseslər həyata keçirilməlidir. Lakin bunu bir hədəf kimi seçərək, Azərbaycana qarşı təzyiq etmək cəhdləri qəbuledilməzdir. Mən hər zaman demişəm ki, artıq Azərbaycan müstəqil dövlət olaraq “böyük qardaşa” əlvida edib. Daha heç kəsin bizə “böyük qardaşlıq” etməsinə imkan vermərik. Bizə səmimi dost və tərəfdaş lazımdır. Azərbaycan kiminsə əsarəti altına keçməyəcək. Çünki bizim üçün müstəqillik çox vacib və həssas məsələdir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm