Həbsdəki azərbaycanlı oliqarx: “Məni öldürmək istəyirlər”
Bizi izləyin

Nida.az

Həbsdəki azərbaycanlı oliqarx: “Məni öldürmək istəyirlər”

“Mənim həyatım təhlükədədir və tibbi yardım ala bilmirəm”.

Axar.az xəbər verir ki, bu sözlər bir müddət öncə həbs olunmuş azərbaycanlı milyarder Akif Sayadovun İctimai Nəzarət Komissiyasının üzvü Mixail Plyusninuya ünvanlandığı məktubda yer alıb.

O, hər gün vəziyyətinin daha da pisləşdiyini bildirib. Sayadov həmçinin müstəntiqlərin onun əlindən dərmanlarını aldığını deyib:

“Bununla da məndən fiziki şəkildə canlarını qurtarmaq istəyirlər. Çox xahiş edirəm ki, məni bu özbaşınalıqdan xilas edəsiniz. Yoxsa bir azdan mənim həyatımı xilas etmək mümkün olmayacaq”.

Oliqarx müstəntiqlərin niyə ondan canını qurtarmaq istədiklərinin səbəbini məktubunda açıqlamayıb.

Qeyd edək ki, Akif Sayadov oktyabrın 29-da həbs olunub. Onun həbs olunmasına ilkin səbəb kimi maliyyə fırıldaqları və beynəlxalq terrorizmə dəstək verməsi göstərilib. Daha sonra Rusiya Federasiyasının İstintaq Komitəsi Sayadovu pulların qeyri-qanuni yolla leqallaşdırılmasında günahlandırıb. O, həmçinin Azərbaycana səfərləri üçün qeyri-qanuni olaraq 1,2 milyon rubl, həmçinin müxtəlif şirkətlərlə “Uxtaneftqazgeologiya”nın bağladığı müqavilələri yerinə yetirməməsinə görə 42 milyon rublu mənimsəməkdə ittiham edilir.

Bəzi mənbələr isə Akif Sayadovun məhz Putinin əleyhinə çıxış etdiyi üçün həbs edildiyini vurğulayıblar. A.Sayadovun sırf biznes maraqları baxımından Putin siyasətini tənqid etdiyi də gələn xəbərlər sırasında yer alıb. Rusiyaya tətbiq edilən çoxsaylı sanksiyalardan əziyyət çəkdiyi və bunu Putinin yarıtmaz siyasəti ilə əlaqələndirdiyi, ölkənin uçuruma aparıldığı haqda çıxışlar etdiyi iddiaları sonda A.Sayadovun həbsinə yol açıb.

Onu da xatırladaq ki, 63 yaşlı A.Sayadov “Uxtaneftqazgeologiya” ASC-nin baş direktorudur. O, Naxçıvan MR-in Culfa rayonunda anadan olub. 1990-cı ildə “Uxtaneftqazgeologiya” ASC-nin istehsalat-texniki təchizat idarəsinə rəhbərlik etmək üçün Komiyə dəvət olunub. 2011-ci ilin martında Komi Respublikasının Dövlət Şurasının deputatı seçilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm