“Jewish News Service”: Ermənistan təcavüzkardır və Azərbaycan torpaqlarını işğal edib
Bizi izləyin

Nida.az

“Jewish News Service”: Ermənistan təcavüzkardır və Azərbaycan torpaqlarını işğal edib

“Ermənistan dövləti təcavüzkardır və Azərbaycan torpaqlarının qanunsuz olaraq işğal edib”.


Publika.az xəbər verir ki, bu barədə beynəlxalq əlaqələr üzrə İsrail eksperti Arye Qut Amerikanın “Jewish News Service” nəşrində yayımlanan “Ermənistanda antisemitizm: Açıq təhlükə” adlı məqaləsində bildirib.


Müəllif Ermənistanda antisemitizm və millətçiliyə toxunaraq bunun mif yox, kədərli reallıq olduğunu yazıb: “Sovet İttifaqının dağılmasından sonra Ermənistanda yəhudi xalqının nümayəndələri kəskin şəkildə azaldı. Ermənistanda antisemitizm güclənməsi və indiyə qədər davam edən iqtisadi çöküş yəhudiləri bu ölkədən qaçmağa məcbur etdi. Son 20 ildə Ermənistanda yəhudilərin sayı 5000-dən yüzə qədər azalıb”.


İsrail eksperti Ermənistanda yəhudilər üzərində indiyə qədər mədəni zorakılığın həyata keçirildiyini qeyd edib. Onun sözlərinə görə, antisemit kitablar nəşr olunur, televiziyalarda yəhudilərə qarşı təbliğatlar aparılır, Yerevanda “Holokost” qurbanlarının xatirə lövhəsi təhqir edilir.


“Başqa ölkələrdə bunu əhalinin məlumatsızlığı ilə əlaqələndirmək olar. Lakin Ermənistanda antisemit baxışlar və fikirlər erməni siyasətçilərinin, eləcə də KİV-in ayrılmaz hissəsidir. 2004-cü ildə hökumət yönümlü radiolardan biri ardıcıl şəkildə antisemit verilişlər yayımlayırdı. Bununla yanaşı, məşhur erməni ekspertlərdən biri yəhudilərlə bağlı təhqiredici bəyanatları ilə tanınmışdı”, - deyə İsrail eksperti vurğulayıb.


A. Qut Ermənistanın bu davranışları təkcə yəhudilərə yox, azərbaycanlılara qarşı da etdiyini vurğulayıb: “Erməni millətçiliyi nəticəsində 1988-ci ildə 250 min azərbaycanlı 172 Azərbaycan qəsəbəsindən, əhalinin qarışıq tərkibdə yaşadığı 89 kəndən və 6 şəhərdən deportasiya olundu. Həmin vaxt 226 azərbaycanlı ermənilər tərəfindən qətlə yetirildi. Ermənistanın indiki rəhbərliyinin Xocalıda törətdiyi qəddarlıq XX əsrin ən qorxunc faciələrindən biri idi. Erməni silahlı birləşmələrinin Xocalıda heç kimə rəhm etmədiyi tarixi faktdır. Erməni vəhşilikləri nəticəsində Xocalıda 613 nəfər qətlə yetirildi, 487 nəfər şikəst edildi və qoca, uşaq və qadınlar da olmaqla 1275 nəfər əzir alındı, inanılmaz qəddarlıqlara, işgəncələrə məruz qaldı. Ermənistan dövləti təcavüzkardır və bu gün Dağlıq Qarabağ, eləcə də ətraf 7 rayon olmaqla Azərbaycanın 20 faiz torpağını işğal edib. Erməni işğalı və etnik təmizləmələri nəticəsində bu gün Azərbaycanda 1 milyon qaçqın və məcburi köçkün var. Ermənistan münaqişəli vəziyyət və Azərbaycan torpaqlarının işğalı Cənubi Qafqaz regionunda dünya təhlükəsizliyinə təhdiddir”.


A. Qut əlavə edib ki, ABŞ-da nüfuzlu erməni lobbisi və Rusiyanın hərbi, iqtisadi, siyasi dəstəyinə malik olan Ermənistan 20 ildən artıq müddətdə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymur.


“Ermənistanın ən yaxın müttəfiqlərindən biri daim İsrailin mövcudluğuna qarşı çıxan teokratik İrandır və bu heç də təəccüblü deyil. Bu münasibətlər İran üçün çox faydalıdır. Bu ölkə Ermənistandan qaçaqmalçılıq və digər qanunsuz fəaliyyət üçün kanal kimi istifadə edir. Bu isə ABŞ milli təhlükəsizliyi üçün ciddi təhlükədir”, - deyə İsrail eksperti vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm