İsa Qəmbər Müsavata "çürük nar" dedi – Pərdəarxası sirlər açılır
Bizi izləyin

Nida.az

İsa Qəmbər Müsavata "çürük nar" dedi – Pərdəarxası sirlər açılır

“İsa Qəmbər getməsi ilə Müsavatda illər ərzində yaranmış “dəngələr” pozuldu və İsa Qəmbər geri dönsə belə, partiyada dağılma prosesinin qarşısını ala bilməz”.


Publika.az xəbər verir ki, Müsavat Partiyasının üzvü, “Yeni Müsavat” qəzetinin yazarı Elibəy Həsənlinin bu fikirləri narazılığa səbəb olub.


Müsavat başqanı Arif Hacılının qardaşı, Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli Müsavatdakı “dəngələr”in hələ 2000-ci ildə pozulduğunu deyib: “O vaxt partiya daxilində ilkin seçkilər keçirilirdi. Başqanın birinci müavini çox böyük fərqlə digər müavinə uduzmuşdu və növbəti qurultayda ilkin seçkilərin favoritlərindən biri olan müavinə qarşı 67 nəfərlik gizli koalisiya formalaşdırıb revanş götürmək istəmişdi. Lakin qurultaya bir gün qalmış onun gizli siyahısı üzə çıxdı və bu plan baş tutmadı. Həmin qurultayda çıxış edən rəhmətlik Mürşüd Məmmədli “Müsavata uzanan qara əllər kəsilməlidir” demişdi. Qara əllər vaxtında kəsilmədi və başlıcası Müsavat daxilindəki bu “yurdçuluq” təzahürləri vaxtında öz siyasi qiymətini almadı.

Həmin 67 nəfərlik koalisiyadan indi Müsavatda 5-10 nəfər qalıb. Bu gün də suyu bulandıranların arxasında duran elə onlardı. Hərçənd qabağa başqa adamları veriblər. Müsavatda keyfiyyətli adamların az olması barədəki müşahidələr də yanlışdır. Biz Müsavatda keyfiyyətsiz adamın olmasının mümkünsüzlüyünü düşünürdük. Amma partiyada belə adamların olduğunu və tək olmadıqlarını görəndə bu hal müsavatsevər insanlarda xəyal qırıqlığı yaradır. Bəzən onların həddən artıq olması barədə yanlış təsəvvür formalaşdırılır. Əslində isə elə deyil. Bu günlərdə İsa bəy bu situasiyanı bəzi dostlarımızın yanında çox gözəl izah etdi. O belə ünsürləri gözəl “gülövşə” narının içinə düşən çürük nar dənələri ilə müqayisə edərək, həmin çürük dənələrin təmizlənməsinin vacib olduğunu, əgər belə olmasa, o dənələrin narı tam olaraq çürüdə biləcəyini vurğuladı. Başqa sözlə, rəhmətlik Mürşüd müəllim demişkən “qara əllər kəsilməlidir”.



V. Hacıbəyliyə görə, partiyanın bütün rəsmi strukturu istisnasız olaraq sağlam qüvvələrin tam nəzarətindədirsə, keyfiyyətsiz adamların partiyada çoxluq təşkil etməsinə dair mülahizə əsassızdır: “O ki qaldı xalqımızın demokratiyaya hazır olmaması tezisinə, bu tezis də ümumiyyətlə tənqidə dözmür. Ləyaqətlə uduzmaq mədəniyyətinin hələ tam formalaşmaması deyilsəydi, mən bununla müəyyən mənada razılaşardım. Demokratiyaya hazır olmaq və ya olmamaq problemi yalnız Müsavatın qurultayı ətrafındakı olaylarla xarakterizə edilə bilərsə, onda dünyada demokratiyaya “hazır olan” heç bir millət yoxdur. Çünki hər yerdə seçkilərdə “qara piar” da olur, intriqalar da, istefalar da. Bunu partiyanın dağılması kimi xarakterizə etmək isə ən azı tezdir. Mən şəxsən hesab edirəm ki, bu proseslərdən sonra partiya nəinki dağılmayacaq, əksinə, daha da güclənəcək, demokratiyanın inkişafına yeni-yeni töhfələr verəcək”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm