• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Azərbaycan XİN “DQR“-də keçirilən “seçki“ hazırlıqlarına münasibət bildirib

  • Nida.az
  • 19 İyun 2012 17:29
  • 147 Baxış
Azərbaycan XİN “DQR“-də keçirilən “seçki“ hazırlıqlarına münasibət bildirib

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev separatçı qüvvələrin işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirməyə hazırlaşdığı "prezident seçkisi"nə münasibət bildirib.

XİN sözçüsü Publika.Az-a deyib ki, bu cür addımlar yalnız və yalnız təxribat xarakteri daşıyır, eyni zamanda münaqişənin həllinə xələl gətirir:

"Ermənistan rəhbərliyi bununla həmçinin münaqişənin həllinə yanaşmasını, beynəlxalq hüquq normalarına hörmətsizliyini nümayiş etdirir. Buna və bənzər addımlar münaqişənin həllinə müsbət heç nə vəd edə bilməz.

Bu, Ermənistan rəhbərliyinin vaxtı uzatmaq üçün təxribat xarakterli addımlara əl atdığını göstərir. Eyni zamanda Ermənistanın BMT Təhlükəsizlik Şurası, Avropa Şurası, Avropa Parlamenti kimi beynəlxalq qurumlar tərəfindən qəbul olunan qətnamələri tam inkar etməsi deməkdir".

Elman Abdullayev bəyan edib ki, Ermənistan bu addımı ilə danışıqlar prosesinə növbəti zərbə endirir: "Onlar bununla işğalçılıq siyasətini davam etdirdiklərini göstərirlər".

İyulun 19-da Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən qondarma rejim növbəti dəfə "prezident seçkisi" keçirəcək. Bu gün "prezident seçkiləri" üçün təbliğat kampaniyası start götürüb.

Saxta "Dağlıq Qarabağ Respublikası prezidenti" kürsüsü uğrunda əsas mübarizə qanunsuz hərbi rejimin indiki rəhbəri Bako Saakyanla keçmiş səhra komandiri, general Vitali Balasanyan arasında gedəcək.

Səxavət Həmid

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR