Nida.az
Azərbaycan XİN Paris görüşünə münasibət açıqlayıb
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev iyunun 18-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdə keçirilən görüşünün yekunlarını Publika.Az-a şərh edib.
Elman Abdullayev deyib ki, tərəflər ilk növbədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətinin daha da intensivləşdirilməsinə razılaşıblar. Onun sözlərinə görə, həmsədrlər bu məqsədlə yaxın vaxtlarda bölgəyə növbəti səfər edəcəklər.
Görüş zamanı Azərbaycanın mövqeyinin necə olduğuna gəldikdə Elman Abdullayev deyib ki, Azərbaycan mövqeyi dəyişməz qalır:
"Bizim mövqeyimiz aydın və konkretdir. Hesab edirik ki, münaqişənin həlli prosesində irəliləyişin əldə olunması üçün Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmalıdır.
Hesab edirik ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması münaqişənin həlli prosesində irəliləyişin əldə olunması üçün böyük imkanlar açar".
Elman Abdulayev "ABŞ dövlət katibi Hillari Klinton Ermənistan və Azərbaycanda səfərdə olarkən Paris görüşündə münaqişənin həlli ilə bağlı yeni təkliflər irəli sürüləcəyini bildirmişdi. Görüş zamanı həmin təkliflər müzakirə olundumu?" sualına cavab olaraq deyib:
"Tərəflərə hər zaman təkliflər edilir. Həmsədrlərin mövqeyi bəllidir. Həmsədrlər münaqişənin həllində mövcud status-kvonun qəbuledilməz olduğunu hər zaman vurğulayırlar. Onlar status-kvonun dəyişdirilməsi üçün əməli addımların atılmasına çağırırlar.
Bu məsələdə bizim də mövqeyimiz həmsədrlərlə üst-üstə düşür. Hesab edirik ki, mövcud status-kvo Azərbaycan, bütün bölgə və dünya birliyi üçün qəbuledilməzdir.
Eyni zamanda hesab edirik ki, mövcud status-kvonun dəyişdirilməsi üçün ilk növbədə Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır.
İnsidentlərin araşdırılması və ümumiyyətlə, mexanizmlərin tətbiq olunması məsələsinə gəldikdə isə qeyd etməliyəm ki, işğalçı qüvvələr orada olmasa insidentlər də olmayacaq. İnsidentlərin baş verməsinin kökündə duran məsələ Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarında olması ilə bağlıdır".
Səxavət Həmid
Publika.Az
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR