“Hər an müharibə ola bilər”
Bizi izləyin

Nida.az

“Hər an müharibə ola bilər”

“Ermənistan ordusunda baş verən son hadisələr Dağlıq Qarabağda müharibənin hələ tam başa çatmadığının sübutudur”.

Bunu Hafta.az-a açıqlamasında politoloq Vəfa Quluzadə Ermənistan ordusunda baş verən hadisələrə ictimai narazılığın artmasına münasibət bildirərkən deyib.

Politoloq xidmət müddəti başa çatmasına baxmayaraq, əsgərlərin ehtiyata buraxılmamasının pərdə arxasından danışıb:

"Məsələ ondan ibarətdir ki, biz Ermənistanla müharibə vəziyyətindəyik. Münaqişə hələ bitməyib. Azərbaycan ermənilərlə hər an müharibəyə hazır olmalıdır. Hər an müharibə ola bilər. Hazırkı status-kvo ilə barışa bilmərik”.

Xatırladaq ki, Ermənistan ordusunda hərbi qulluqçuların əsgərlik müddəti başa çatsa da, onlar evə buraxılmırlar. Erməni ekspertlər isə bunu ordudakı əsgər çatışmazlığı ilə əlaqələndirirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm