Partiya sədrinin prezidentliyə namizədliyi irəli sürüləcək
Bizi izləyin

Nida.az

Partiya sədrinin prezidentliyə namizədliyi irəli sürüləcək

Ümid Partiyasının növbəti qurultayı sentyabr ayında keçiriləcək. Ümid Partiyasi Ali Məclisinin sədri Ənvər Ağazadə Publika.Az-a bildirib ki, partiyanın rayon təşkilatlarının əksəriyyətində hesabat-seçki konfransları keçirilib və qurultay nümayəndələri seçilib.

Qurulyatın təxminən 600 münayəndəsi olacaq. Ali Məclis sədri yerlə bağlı problemin olmayacağını düşünür: "Yerlə bağlı hələlik rəsmi orqanlarla danışıqlar aparmamışıq. Hakimiyyət yer ayırmasa özəl obyektlərin birində icarə haqqı ödəməklə qurultayımızı keçirəcəyik".

Qurultayda partiya sədri İqbal Ağazadənin 2013-cü il prezident seçkisinə namizədliyi irəli sürüləcək.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm