AXCP-nin sədr müavini müxalifətin vahid namizədinin adını çəkdi - EKSKLÜZİV
Bizi izləyin

Nida.az

AXCP-nin sədr müavini müxalifətin vahid namizədinin adını çəkdi - EKSKLÜZİV

İctimai Palatada təmsil olunan AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı gələn il keçiriləcək prezident seçkiləri ilə bağlı təmsil etdiyi partiyanın mövqeyini açıqlayıb.

AXCP sədrinin müavini Publika.Az-a deyib ki, onlar ilk növbədə ölkədə demokratik seçki mühitinin yaradılmasını zəruri sayırlar:

"Demokratik seçki mühiti olmayacaqsa, müxalifətin seçkidə vahid, yaxud bir neçə namizədlə iştirakının hər hansı prinsipial fərqi olmayacaq. Bundan başqa, vahid namizəd məsələsinin indidən müzakirə predmetinə çevrilməsi siyasi spekulyasiyalara yol aça, müəyyən fikir ayrılıqları zəminində narazılıqlar meydana çıxara bilər".

Fuad Qəhrəmanlının fikrincə, demokratik seçki mühiti olacağı təqdirdə namizədlərdən real şansı olanlar müəyyənləşdirilməlidir:

"Real şansın müəyyənləşdirilməsi də sadəcə iddialara bağlı olan məsələ deyil. Bu gün mübarizənin önündə kim dayanırsa, aparıcı təşkilatı kim təmsil edirsə, beynəlxalq ictimaiyyət ən çox kimə üstünlük verirsə, həmin şəxs vahid namizəd olmalıdır ki, o həm Azərbaycan cəmiyyətinin demokratik potensialını səfərbər edə, həm də öz mübarizliyi, birləşdiricilik qabiliyyəti ilə cəmiyyətin potensialını dəyişiklik uğrunda mübarizəyə yönəldə bilsin.

Eyni zamanda Azərbaycanda gedən demokratik proseslərə beynəlxalq aləmin dəstəyini ala bilsin. Mən indi konkret ad çəkmək istəmirəm. Amma təqribən aydın olur ki, söhbət kimdən gedir..."

Publika.Az-ın müxbirinın: "Bu kriteriyalara AXCP sədri Əli Kərimli uyğun gəlir, eləmi?" sualına Fuad Qəhrəmanlı belə cavab verib:

"Əgər kriteriyalar sadalanırsa və siz bu kriteriyalar əsasında ad çəkə bilirsinizsə, bu o deməkdir ki, vahid namizəd məsələsinin həllində problem olmayacaq. Çünki həmin kriteriyalara cavab verən lider var".

Səxavət

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm