“Düşmənə sarsıdıcı zərbə vurmağa qadir ordumuz var”
Bizi izləyin

Nida.az

“Düşmənə sarsıdıcı zərbə vurmağa qadir ordumuz var”

Bu gün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) M.Şəhriyar adına Mədəniyyət Mərkəzində Müdafiə Nazirliyi tərəfindən "Ordu xalqın, xalq Ordunun dayağıdır" mövzusunda Hərbi vətənpərvərlik gecəsi keçirilib.

Publika.az-ın məlumatına görə, tədbirdə müdafiə nazirinin müavini, general-leytenant Kərəm Vəliyev, Nazirliyin mənəvi psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsi rəisinin müavini polkovnik Abdulla Qurbani, Milli Məclisin deputatları Ziyad Səmədzadə, Xanhüseyn Kazımlı və digərlər şəxslər iştirak edib.

Tədbirə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə start verilib.

Müdafiə Nazirliyin mənəvi psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsi rəisinin müavini, polkovnik Abdulla Qurbani Azərbaycanda ordu quruculuğunun yaranması və hazırda ordumuzun daha da güclənməsi istiqamətində görülən işlərdən danışıb: “Bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz Ümummilli Lider Heydər Əliyevin gərgin əməyinin bəhrəsidir. Prezident, Ali Baş Komandan İlham Əliyev cənabları da Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində öz səylərini daha da artıraraq Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olub”.

Daha sonra mərasimə bədii hissə ilə yekun vurulub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm