Nida.az
”Yuxumda da Turan dövlətini görürəm”
İsgəndər Həmidov: “O oğlan hardan bilir türk kəşfiyyatı şəklimi çəkib?”
“Mən Bill Klitonun inauqurasiyasına gedərkən nümayəndə heyətinin
rəhbəri olmamışam, tək dəvət almışam. Orda da heç kimlə
görüşməmişəm, bu məlumatlar cəfəngiyatdır”.
Bu barədə Elçibəy hökumətində daxili işlər naziri olmuş İsgəndər Həmidov nazir olduğu vaxt ABŞ prezidentinin inauqurasiyasına qatıldıqdan sonra Vaşinqtonqda “Kürdüstan” dövlətini yaratmaq istəyənlərlə görüşməsi haqqında yayılan məlumatlara münasibət bildirərkən deyib.
İ. Həmidov qeyd edib ki, həmin səfərdə onunla birlikdə 3 nəfər
də olub: “Ümumi olaraq 4 nəfər idik: Mən, Abbas Abbasov, Rauf
Gülməmmədov və Azərbaycanın ABŞ-da ovaxtkı səfiri Asim Mollazadə
olub. Klintonun andiçmə mərasimində iştirak etmişik. Sonra
“Vaşinqton Post” qəzetinə dəvət almışıq, daha sonra Dövlət
Departamentində olmuşuq. Başqa heç kəslə görüşümüz olmayıb. Mənim
kürdlə, yaxud kiminləsə görüş keçirməyim haqqında deyilənlər
cəfəngiyatdır”.
Sabiq nazir qeyd edib ki, buna sübutları varsa buyursunlar:
“MİT-in şəklimi çəkdiyini, yaxud səsimi yazdığını deyən oğlan bunu
hardan bilir. Sübutları varsa, buyursunlar yaysınlar. Daxili işlər
naziri postundan getməyimə səbəb də Kəlbəcərin işğalı olub. ABŞ
həmin səfərdən sonra mən 3-4 ay həmin postda işləmişəm. Yenə
deyirəm kiminsə MİT-lə əlaqəsi varsa, sübutlarını ortaya qoysun.
Amma bu qədər də cəfəngiyat olmaz. Mən türkəm, türkçülüyümlə fəxr
edirəm. Turançıyam, yuxumda da Turan dövlətini görürəm.
Azərbaycanda türkçülük ideologiyasını daşıyanlardan biri də
mənə”.
Qeyd edək ki, mətbuatda yayılan dezinformasiyaya görə, nazir
olduğu vaxt Bill Kilontonun inauqurasiyasına gedən İ. Həmidov
andiçmə mərasimindən sonra bəzi görüşlər keçirib. Türkiyə
kəşfiyyatı- MİT tərəfindən izlənilən görüş məlum olub ki,
“Kürdüstan” dövlətini yaratmaq istəyənlərlə bağlı olub. Səs
yazılarını lentə alan MİT, materialları Elçibəyə təqdim edib. Ə.
Elçibəy də İ. Həmidovu otağına çağıraraq səs yazısına onunla
birlikdə qulaq asıb. İ. Həmidov da heç bir söz demədən otağı tərk
edib və istefa ərizəsini yazıb.
Asif
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO