Azərbaycan hərbiləşmiş ölkələr siyahısına daxil oldu - Siyahı
Bizi izləyin

Nida.az

Azərbaycan hərbiləşmiş ölkələr siyahısına daxil oldu - Siyahı

İsrail dünyanın ən çox hərbiləşdirilmiş ölkəsidir.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Bonn Beynəlxalq Mərkəzi Konverisiyası yayıb.

Tətbiq edilmiş növbəti yerləri Ermənistan və Sinqapur tutub. Bunlardan başqa ilk onluğa düşən ölkələrin sırasına Suriya, Rusiya, Kipr, Cənubi Koreya, İordaniya, Yunanıstan və Azərbaycanın adları daxil edilib. Hazırlanmış reytinqdə ümumilikdə 151 ölkənin adı yer alıb.

Reytinqi tərtib edənlər xüsusi olaraq Azərbaycan və Ermənistan arasında olan konfliktə diqqət ayırıblar. Ekspertlər hər iki tərəfə Rusiyanın silah satmasına diqqət ediblər.

Qeyd edək ki, hərbiləşmə haqqında qlobal indeks dövlətin hərbi aparatının çəkisi və gücünün cəmiyyətə təsirini əks etdirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm