Hikmət Hacızadə - İsa Qəmbər dueli: “Bəlkə, insan azadlıqlarını partiyada da tətbiq edək”
Bizi izləyin

Nida.az

Hikmət Hacızadə - İsa Qəmbər dueli: “Bəlkə, insan azadlıqlarını partiyada da tətbiq edək”

Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin şəxsi “Facebook” səhifəsində CİA-nın məhbuslara işgəncə verməsi haqda statusu partiyanın keçmiş üzvü Hikmət Hacızadənin maraqlı reaksiyasına səbəb olub.


“ABŞ senat komitəsi CİA-nin məhbuslara işgəncə verməsi barədə geniş hesabat açıqlayıb. İşgəncələr əsasən xarici vətəndaşlara verilib, ABŞ vətəndaşlarına deyil. Bu hesabat isə məhz ABŞ dövlətinə, hakimiyyətinə, vətəndaşlarına xeyli problem yaradacaq. Bütün bunlara baxmayaraq, ABŞ hakimiyyəti hesabatın açıqlanmasına dəstək verir, onu açıqlayanları “vətən xaini” adlandırmır. ABŞ prezidentlərindən biri C. Karter maraqlı bir söz demişdi: “ABŞ insan haqlarını yaratmayıb, insan haqları ABŞ-ı yaradıb”, - deyə sabiq başqan bildirib.

Ardınca o, “bəlkə, biz də insan haqlarının fundamental, universal və faydalı dəyər olduğunu qəbul edək, tətbiq edək və Azərbaycanımızı inkişaf etdirək?!” deyə yazıb.


Müsavatdan istefa verən politoloq Hikmət Hacızadə isə İsa Qəmbərin statusunun altında ona maraqlı bir sual ünvanlayıb: “Bəlkə insan azadlıqlarını partiyada da tətbiq edək, “onlar iqtidara işləyir” kimi gözəl ideyaları kənara qoyaq?”

Lakin İsa Qəmbər Hacızadənin bu sualına cavab verməyib. Əvəzində sabiq müsavatçının VIII qurultayda çıxışını özündə əks etdirən videonu paylaşıb. Bu Hikmət Hacızadəni qane etmədiyi üçün, o, sualını yenidən təkrar edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm