Ekstremizmin daha bir səbəbi: Azərbaycanın da əziyyət çəkdiyi ultraliberalizm
Bizi izləyin

Nida.az

Ekstremizmin daha bir səbəbi: Azərbaycanın da əziyyət çəkdiyi ultraliberalizm

“Ultraliberalizmin inkişafı dini ekstremizmi sürətləndirir. Bu MDB ölkələrində, xüsusilə Azərbaycan, Tacikistan, eləcə də Türkiyə və İndoneziyada daha çox özünü göstərir”.


Publika.az xəbər verir ki, bu barədə Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin deyib.


Onun sözlərinə görə, ultraliberalizm ənənəvi dəyərlərə hücum edir: “Bu ən çox gender münasibətlərində özünü göstərir. Halbuki bu, insanın yox, Tanrının seçimidir. Tanrı kişi və qadını təsadüfən ayrı-ayrı yaratmayıb. Onların yer üzündə hər birinin müxtəlif missiyaları var. Lakin ultraliberalizm artdıqca bu münasibətlər sistemi pozulur və cəmiyyətlər eroziyaya uğrayır. Bəzən azadlıqlar arxasınca qaçınca, ultraliberalizmin köləsinə çevrilə bilirik. Ən maraqlısı budur ki, adətən, bunu ölkələrə kənardan yeridirlər. Yəni o ölkələr bir çox hallarda bunu istəyərəkdən qəbul etmir”.


Müfti qloballaşmanın əks-təzahürlərinə də toxunub.


“Bu gün bir çox ölkələr artıq qloballaşmanın mənfi effektlərindən əziyyət çəkirlər. Lakin eyni proseslər sürətlə bir mərkəzdən dünyaya, daha çox da müsəlman ölkəsində ifraz edilir. Biz qloballaşmanın Əfqanıstanda, İraqda, Liviya və digər ölkələrdə nəticələrini gördük. İnsanlar artıq ultraliberalizmə qarşıdır. Amma bu proses genişləndikcə narazılıqlar artıq və narazı kütlə radikallaşır. Beləliklə, İŞİD, Taliban, Əl-Qaidə kimi ekstremist qruplar yaranır. Biz bunu çıxış yolu kimi görmürük. Biz müasirləşmədən imtina etmədən dinimizə əməl edilməsini istəyirik”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm