Sabiq nazir müavini Qubad İbadoğlunun “korrupsiya faktını” ifşa etdi - Qalmaqal
Bizi izləyin

Nida.az

Sabiq nazir müavini Qubad İbadoğlunun “korrupsiya faktını” ifşa etdi - Qalmaqal

Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlunun dünən mətbuata “korrupsiya faktları” kimi təqdim etdiyi araşdırmaya münasibət bildirib.

Qeyd edək ki, həmin yazıda Q. İbadoğlu 2008-2013-cü illər ərzində böyük miqdarda idxalın hesaba alınmadığını iddia edib.


Publika.az xəbər verir ki, F. Yusifovun bu iddiaları yanlış adlandırıb.


“Biz təşkilatımızın təqdimatında cəmiyyətə hər şeyi olduğu kimi deyəcəyimizi bəyan etdik. Öz siyasi ambisiyaları naminə iqtisadi məlumatları hər vəchlə təhrif edənlər artıq bunu bilməlidirlər. Unutmasınlar ki, onların yazdıqlarını təkcə aldatmaq istədikləri sadə insanlar oxumur. Bu “təhlilləri” eyni zamanda həmin mövzuları peşəkar bilənlər da oxuyur. Qubad İbadoğlunun dünən mətbuatda dərc olunan dırnaqarası sensasiyalı təhlili insanları çaşdırmağa hesablanıb.

Bu həm də Qərbdəki bəzi dairələrə ünvanlanmış “Mən Azərbaycandakı korrupsiya faktlarını görün necə açıqlayıb ictimaiyyətə çatdırıram” mesajıdır. Bu təhlildə məlumatların haradan götürülməsi barədə heç nə deyilmir. Müəllif abstrakt “ticarət tərəfdaşına” istinad edir... Kimdir bu ticarət tərəfdaşı? Hansı təşkilat və ya müəssisədir bu funksiyanı yerinə yetirən “tərəf”? Bir həqiqət var: İnformasiya mənbəyi göstərilmədən aparılan hər hansı təhlil və ya araşdırma əslində plagiatlıqla bir səviyyədə dayanan bir işdir. Siz cəmiyyətə bu qədər ciddi bir mesaj verməyin məsuliyyətini dərk etməlisiniz. Ona görə də öz təhlilinizdə “ticarət tərəfdaşları” adlı mənbənin dəqiq göstərilməsinə borclu idiniz. Əgər dedikləriniz həqiqətdirsə, siz bunu nə üçün etməmisiniz? Nə üçün təhlilinizi guya cəmi 15 ölkənin məlumatları əsasında aparmısınız? Nə üçün bu təhlil 2013-cü ildə Azərbaycanın ticari əlaqələrdə olduğu 150-yə qədər ölkəni əhatə etməyib? Axı Azərbaycan Dövlət Statistika Komitəsinin internet saytında bütün bu məlumatlar var. Siz Azərbaycanın rəsmi statistik məlumatlarına istinadən 15 ölkə üzrə 6 ildə idxalın həcmini 37,4 milyard dollar göstərirsiniz. Halbuki rəsmi statistika ilə cəmi 10 ən böyük mal ixracatçısı 6 il ərzində Azərbaycana bundan daha çox – 40 milyarda yaxın mal ixrac edib. Sual olunur, kimi aldatmaq istəyirsiniz? Nə üçün mövcud rəsmi rəqəmləri belə təhrif edirsiniz?” - deyə sabiq nazir müavin i vurğulayıb.


F. Yusifov Q. İbadoğlunun bu cür informasiyaları Qərbdəki dostlarının hay-küy salması üçün yaydığını iddia edib: “Deməli, sizə təhlil deyil, sadəcə cəmiyyətə və Qərbdəki dostlarınıza mümkün qədər daha böyük hay-küyə səbəb ola biləcək informasiya çatdırmaq lazımdır. Aydındır ki, bu məlumatların doğru-yalan olmasının sizin üçün heç bir əhəmiyyəti yoxdur. Dediyiniz güzgü metodu ilə idxalın vəziyyətini yoxlamaq sizin imkanlarınız xaricindədir. Belə olan halda cəmiyyətə təqdim etdiyiniz bu yalan informasiyalar kimə lazımdır? Yeri gəlmişkən, təkcə bu deyil, apardığınız bütün araşdırmalar qərəzli və birtərəflidir. Onların müstəsna olaraq sizin siyasi ambisiyalarınıza xidmət etməyə yönəldiyi toxunduğunuz məsələləri dərindən bilən hər kəsə aydındır.

Siz illərdir bu yolu tutmusunuz və indi də bu yolu davam etdirirsiniz. Bunun əsil səbəbi isə odur ki, bu yalan, birtərəfli və qərəzli “araşdırmalarınıza” qarşı indiyə qədər layiqli cavab verən olmayıb. Siz düşünmüsünüz ki, əgər cəmiyyət bu yalanları qəbul edirsə, deməli bu kursu “uğurla” davam etdirmək olar... Mən sizin savadsız olduğunuzu deyə bilmərəm. Ancaq sizin siyasi ambisiyalar naminə apardığınız birtərəfli və təbii ki, qərəzli “iqtisadi araşdırmalar” az çox malik olduğunuz elminizi, biliyinizi də ayaqlar altına atır. Ümid edirəm ki, bundan sonra aparacağınız araşdırmalar daha dəqiq mənbələrə və informasiyalara əsaslanacaq”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm