30 cəbhəçi Əli Kərimliyə etiraz olaraq AXCP-dən gedib – ÖZƏL
Bizi izləyin

Nida.az

30 cəbhəçi Əli Kərimliyə etiraz olaraq AXCP-dən gedib – ÖZƏL

AXCP sıralarından 30 nəfər cəbhəçi istefa verib.


Publika.az-ın əldə etdiyi məlumata görə, 30 partiya üzvü hələ bu ilin yanvar ayında AXCP-ni tərk edib. Lakin partiya rəhbərliyi bunu ictimaiyyətdən saxlayıb.


“Bu ilin yanvar ayında partiya üzvü Qaraxan Ağayev və Qarabağ veteranı Füzuli Bədirovun istefası ərəfəsində daha 30 nəfər partiya sıralarını tərk etdilər. Lakin onlar xüsusi bəyanatla getmək istəmədilər. Çünki hər kəs Əli Kərimlinin zombi dəstəsinin sosial şəbəkələrdə etdiklərini bilir. Ona görə də bu dəstənin hədəfinə çevrilməmək üçün partiyadan sakitcə ayrıldılar”, - deyə AXCP-dəki mənbə bildirib.


Məlumata görə, partiya rəhbərliyi bunu cidd-cəhdlə ictimaiyyətdən saxlamağa çalışıb. İstefa verənlər də bu addımlarını ictimaiyyətləşdirmədiyi üçün bundan çox az adamın xəbəri var.


Qeyd edək ki, bu ilin yanvar ayında sabiq prokuror Qaraxan Ağayev bəyanat verərək AXCP sıralarını tərk etmişdi. O, bəyanatında Əli Kərimlinin siyasətinə etiraz olaraq bu addımı atdığının bildirmişdi. Onunla birlikdə Qarabağ veteranı Füzuli Bədirov da Əli Kərimlinin siyasətinə etiraz olaraq AXCP-dən istefa vermişdi.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm