Qubad İbadoğlu: “Sevinc Hüseynova rəhbərlərinin sözünü çatdırır”
Bizi izləyin

Nida.az

Qubad İbadoğlu: “Sevinc Hüseynova rəhbərlərinin sözünü çatdırır”

“Sevinc Hüseynova öz sözünü danışmır, rəhbərlərinin mesajını çatdırır”.


Bunu Publika.az-a açıqlamasında Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlu Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sədri Sevinc Hüseynovanın “zərurət yaranarsa, MNTK-da Qubad İbadoğlu və Vurğun Əyyubun məsələsinə baxıla bilər” açıqlamasına münasibət bildirərkən deyib.


Onun sözlərinə görə, MNTK tərəfkeşlik edir: “Sevinc xanımın bu açıqlaması MNTK-nın tərəf olduğunu göstərir və bu, hazırkı şəraitdə partiya üçün ən böyük problemlərdən biridir. Müstəqil MNTK-sı olmayan partiyada belə bəyanatlar bizim üçün heç bir əhəmiyyət daşımır”.


Q. İbadoğlu Müsavat rəhbərliyi üçün təkliflər paketi hazırladığını deyib: “Müsavat Partiyasının işinin yenidən qurulması və fəaliyyətinin gücləndirilməsi ilə bağlı tövsiyələr və barışıq naminə təkliflər paketinin reallaşmasını gözləyirik. Bu ay partiyanın Məclisi olacaq. Ümid edirik ki, Məclisdə bizim təkliflər müzakirəyə çıxarılacaq və qəbul ediləcək. Bu da partiyadakı durumun yaxşılaşmasına gətirib çıxara bilər”.


Başqanlığa keçmiş namizəd hazırda ADR hərəkatından da danışıb.


“Hazırda təsis yığıncağının çağırılması məqsədilə Təşkilat Komitəsini formalaşdırırlar. Qərarı Təşkilat Komitəsi verəcək, təşəbbüs qrupu hərəkatın nizamnaməsi və fəaliyyət proqramı üzərində işləyir. Təsis yığıncağına tələb olunan sənədlər paketi ilə getməyi planlaşdırırıq. Həmin sənədləri qəbul edəndən sonra fəaliyyətimizi proqram əsasında davam etdirəcəyik”, - deyə Q. İbadoğlu bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm