Azərbaycanda sənədləşmə proseduru tam olaraq yeni texnologiyaya keçir
Bizi izləyin

Nida.az

Azərbaycanda sənədləşmə proseduru tam olaraq yeni texnologiyaya keçir

Gürcüstanın Tbilisi şəhərində “Ticarətin asanlaşdırılması, “bir pəncərə” konsepsiyası və Cənubi Qafqazda ticarət məlumatları tələblərinin ahəngləşdirilməsi” mövzusuna dair ikigünlük II regional konfrans keçirilib. Publika.Az-ın verdiyi məlumata görə, tədbir BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE), ABŞ İnkişaf Agentliyi (USAİD) və Gürcüstan Hökuməti tərəfindən həyata keçirilib.


Tədbirdə əsasən Qafqaz və Qara dəniz regionunda ticarətin asanlaşdırılması sahəsində müasir texnologiyalar üzrə fikir və təcrübə mübadiləsi aparılıb.

Konfransa Azərbaycan, Gürcüstan, Türkiyə, Ermənistan və Ukrayna sərhəd-gömrük strukturlarının, eyni zamanda özəl şirkətlərin 100-ə qədər nümayəndə qatılıb. Ölkəmizi tədbirdə Dövlət Gömrük Komitəsi Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru İqbal Babayev təmsil edib.

İ.Babayev Azərbaycanın bütün gömrük-buraxılış məntəqələrində elektron xidmət həyata keçirildikdən sonra yükdaşımaların həcmi 3-4 dəfə artdığından danışıb. “Elektron xidmətlə biz Azərbaycanın iqtisadi və dövlət təhlükəsizliyini qoruyuruq. Bu xidməti bütün aidiyyəti təşkilatlar və nazirliklər də izləyə bilir. Hələlik bəzi sənədləşmə prosedurlarında elektron variantdan tam istifadə edə bilmirik. Lakin Azərbaycan 2013-cü ildə tamamilə elektron varianta keçəcək və kağızsız texnologiyanı tətbiq edəcək”.

Kifayət
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm