XİN rəsmisi: “İrana dəfələrlə müraciət etmişik“
Bizi izləyin

Nida.az

XİN rəsmisi: “İrana dəfələrlə müraciət etmişik“

"Azərbaycan tərəfi hələ də İrandan cavab gözləyir". Publika.Az-a açıqlamasında bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdulayev İranda saxlanılan iki azərbaycanlı şairin - Fərid Hüseyn və Şəhriyar del Geraninin durumu ilə bağlı sualımıza cavab verərkən deyib.

XİN rəsmisi İran tərəfinə dəfələrlə müraciət olunduğunu və şairlərlə bağlı məlumat verilməsi üçün xahiş edildiyini bildirib. Elman Abdullayev rəsmi Tehranın Vyana Konvensiyasının tələblərini pozaraq saxlanılan Azərbaycan vətəndaşları haqda Bakıya məlumat verməkdən imtina etdiyini söyləyib.

Məsələni araşdırmaq üçün İrana gedən hüquqşünas İlqar Altay isə mətbuata açıqlamasında bildirib ki, İranda keçirilən görüşlər və aparılan söhbətlər onda şairlərin İran İslam Respublikasının Kəşfiyyat İşləri üzrə Nazirliyi (ETTELAAT) tərəfindən həbs edilməsi qənaəti yaradıb.

Elman Abdulayev bu açıqlamaya münasibət bildirməyib.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm