Bu gün Parisdə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq
Bizi izləyin

Nida.az

Bu gün Parisdə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan bu gün Fransanın paytaxtı Parisdə görüşəcəklər.

Publika.Az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev görüşün keçirilmə saatı ilə bağlı məlumatın olmadığını bildirib.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Parisə yola düşüb.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin də iştirak edəcəyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, habelə cəbhə xəttində baş vermiş insident müzakirə olunacaq.

Münaqişənin həlli ilə bağlı tərəflər arasında sonuncu görüş 6 ay əvvəl Rusiya prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan dövlət başçıları səviyyəsində Soçidə baş tutub.

Xarici işlər nazirlərinin Paris görüşü təxminən 7 illik fasilədən sonra Rusiyanın nəzarətindən kənar ilk görüş kimi diqqət çəkir.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm