Serbiya parlamentinin sərdri Bakıya gəlib
Bizi izləyin

Nida.az

Serbiya parlamentinin sərdri Bakıya gəlib

Serbiya Respublikası Milli Məclisinin sədri Maya Qoykoviç dekabrın 10-da Azərbaycan Respublikasına səfərə gəlib.

Publika.az AzərTAc-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Maya Qoykoviçi Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Bahar Muradova və digər rəsmi şəxslər qarşılayıblar.

Aeroportda jurnalistlərə müsahibə verən Maya Qoykoviç bildirib ki, bu, onun Serbiya parlamentinin sədri kimi Azərbaycana ilk səfəridir.

O, səfərin məqsədinin Azərbaycan və Serbiya parlamentləri arasında əməkdaşlığı daha da inkişaf etdirmək olduğunu söyləyib. Serbiya Milli Məclisinin sədri deyib: “Parlamentlərarası əlaqələr yüksək səviyyədədir, lakin biz birbaşa dialoq yolu ilə bu əlaqələri daha da möhkəmləndirəcəyik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm