Gürcüstan səfirliyindən qadağa açıqlaması: Xəbərimiz yoxdur
Bizi izləyin

Nida.az

Gürcüstan səfirliyindən qadağa açıqlaması: Xəbərimiz yoxdur

Xəbər verdiyimiz kimi, “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin Gürcüstana girişinə qadağa qoyulub.


Bu barədə Publika.az-a açıqlama verən Z. Məmmədlinin sözlərinə görə, onun müavini Salman Murğuzova da eyni qadağa tətbiq edilib: “Gürcüstanın siyasi hakimiyyəti qeyri-sağlam mövqe sərgiləyərək, oktyabrın 19-dan mənim Gürcüstana girişimə yasaq qoyub. Bundan əvvəl isə müavinim Salman Murğuzov bu aqibəti yaşayıb. Bu anormal qərarla bağlı mən dekabrın 12-də mətbuat konfransı keçirəcəyəm”.


Xatırladaq ki, bundan əvvəl eyni qadağa Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağıya da qoyulub.


Məsələni Gürcüstanın Azərbaycandakı səfirliyindən dəqiqləşdirməyə çalışdıq. Səfirliyin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, bu barədə səfirliyin heç bir məlumatı yoxdur: “Bu, birbaşa Gürcüstan Daxili İşlər Nazirliyinin səlahiyyətində olan məsələdir. Hansısa məlumatı əldə etmək istəyirsinizsə, səfirin adına yazılı surətdə müraciət göndərə bilərsiniz. Yalnız o zaman nəsə öyrənmək mümkündür”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm