Nida.az
AXCP qurultayının təxirə salınmasının Şok Detalları
AXCP-nin qurultayının təxirə salınmasının şok səbəbləri məlum olub.
Publika.az-a partiyanın qurultay keçirilməsini dəstəkləyən, adının açıqlanmasını istəməyən üzvü bir sıra qaranlıq məqamlar haqda danışıb.
Onun sözlərinə görə, Əli Kərimlinin apardığı siyasətdən narazı
olanlar istefa verməyə hazırlaşırmış: “Lakin onlar qurultayda
şərtlər qoymaq, qəbul edilməyəcəyi təqdirdə isə istefaya getmək
istəyirdilər. Ona görə də qurultayın keçirilməsini istəyirdilər.
Partiya rəhbərliyinin bundan xəbəri var idi. Rəhbərlik bu qrupu
yola gətirmək üçün min cür addımlara əl atdı. Müsavata keçən Şakir
Abbaslı da orda əsas adamlardan idi. Onlar partiyanın siyasi
xəttinin dəyişməsini istəyir, bir qrupun marginal maraqlarına
xidmət etməkdən bezdiklərini dilə gətirirdilər. Əli Kərimli Şakir
bəyə istefaya getməməyi xahiş etdi. Lakin o, israrla öz qərarını
müdafiə edəndə “heç olmasa, qurultayı gözlə” deyə bildirdi”.
Qeyd edək ki, AXCP-nin qurultayı noyabr ayında keçirilməli idi.
Lakin partiya qəfil məlumat yayaraq, qurultayı təxirə saldığını
açıqladı. Buna səbəb kimi rayon təşkilatlarında konfranslara
hazırlıq üzrə təşkilat komitələrinin yaradılması prosesinin ləng
getməsi göstərildi. Məlumatda qurultayın gələn ilə saxlanıldığı
deyilirdi.
Lakin mənbə əsl səbəbin istefalarla bağlı olduğunu deyib. Onun
sözlərinə görə, Şakir Abbasov və Kəmallədin Rəhimovun istefası Əli
Kərimlini olduqca narahat edirdi: “Çünki o, özünü əsl lider hesab
edir və partiya üzvlərini istədiyi kimi idarə edə biləcəyini
düşünürdü. Bu situasiya yaranandan bəlli oldu ki, istefaya getmək
istəyənlər bir neçə nəfər yox, onlarladır. Hətta yeni partiya
yaratmaq istəkləri də var idi. Sonda bu istəkdən vaz keçildi. Əli
Kərimli də istefaların qarşısını ala bilməyəcəyini görəndə
qurultayı təxirə salaraq onları zərərsizləşdirdiyini düşünür. Yəni
bir növ istefa verənlərə auditoriya tanımadı. Amma dəqiq bilirəm
ki, onlar AXCP-də qalmayacaq. Hər şeyi açmaq üçün məqam
gözləyirlər”.
Şakir Abbasov Publika.az-a açıqlamasında istefasının detalları
haqda danışmaq istəməsə də, AXCP-dən kütləvi ayrılmaların olacağına
əminliyini ifadə edib. Onun sözlərinə görə, yaxın günlərdə bunun
şahidi olacağıq.
Adının açıqlamasının istəməyən AXCP üzvü isə partiyada ciddi
ziddiyyətlərin yarandığını deyib. O, getmək istəyənlərin konkret
adını açıqlamaq istəməsə də, qurultayın keçirilməsini istəyənlərlə,
buna qarşı olanlar arasında ciddi fikir ayrılığının olduğunu
bildirib.
“Ad açıqlasaq, Əli Kərimli onları hansısa formada cəzalandıracaq.
Lakin qurultayla bağlı ciddi fikir ayrılığı var. Fuad Qəhrəmanlı
Əli Kərimlinin əsas adamı rolunda çıxış edir və partiyanı idarə
edənlərdəndir. Digər müavinlər, xüsusilə Kərəm Həsənov kölgədə
qalır. Bu bir qədər onun səhhəti ilə bağlıdır, lakin Fuad
Qəhrəmanlı da onun fəaliyyətinə ciddi maneələr yaradır. Bir də Əli
Kərimli xaricə çıxa bilmədiyi üçün Avropadakı bütün işlərini Fuad
həyata keçirdir. Fuad Qəhrəmanlının Əli Kərimliyə yaxınlığını
gənclər qəbul etmir. Misal üçün, Seymur Həzi, Natiq Ədilovda bu
yaxınlıq xüsusi qıcıq yaradır. Onlar qurultayın keçirilməsində əsas
maraqlı olan adamlardır. Məqsədləri Əli Kərimlini sədrlikdən
göndərmək deyil. sadəcə olaraq, Məclis sədrliyinə daha aktiv və
gənclərin namizəıdini gətirib partiyada təşəbbüsü ələ almaq
istəyirlər. hazırda Məclis sədri olan Kərəm Həsənov üçün bunun o
qədər də önəmi yoxdur, o daha çox şəxsi işləri ilə məşğuldur. Fuad
Qəhrəmanlının da bu posta öz namizədi var. Partiyada bu cür
qarışıqlıq yaranıb. Əli Kərimli də narazılıqları yatırmaq üçün
qurultayı təxirə saldı”.
Məsələ ilə bağlı Fuad Qəhrəmanlı ilə əlaqə saxlasaq da, o, bu haqda
danışmaq istəmədiyini bildirib.
Asif Nərimanlı
-
İdman22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO