Heydər Əliyev “Naxçıvanski”ni Moskvadan necə gizlədib? – Video
Bizi izləyin

Nida.az

Heydər Əliyev “Naxçıvanski”ni Moskvadan necə gizlədib? – Video

60-cı illərdə azərbaycanlıların dil və qabiliyyət problemi olmasa da, onlar hərbi elitaya buraxılmırdılar və qeyri-hərbi strukturlara təyin edilirdilər. Azərbaycanlıların yalnız 15 faizi döyüş hissələrində, qalan 85 faizi isə tikinti və digər hərbi hissələrdə xidmət keçirdilər.

Hərbi hissələrdə xidmət edən 15 faizin də əksəriyyəti yeməkxanalarda və məişət xidmət sahələrində çalışırdılar.

Həmin illərdə Sovet ordusunda yüksək rütbəli zabitlər sırasında müsəlmanlar, gürcülər və Baltikyanı ölkələr az təmsil olunurdular.

Məhz 1971-ci ildə milli hərbi kadrların yetişdirilməsi üçün Heydər Əliyev Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin açılmasına nail olur.

Lakin yeni açılan liseyin hərbi təmayüllü olması rəsmi Moskvadan gizlədilir və 1 il sonra Kremldən yoxlama göndərilir.

Bəs Heydər Əliyev “Naxçıvanski”nin hərbi lisey olduğunu Moskvadan necə gizlədə bilir?

Bu sualın cavabını Axar.azn təqdim etdiyi videoda izləyə bilərsiniz:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm