FHN-in Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsi anıldı
Bizi izləyin

Nida.az

FHN-in Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsi anıldı

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anma mərasimi keçirilib.

Tədbirdə Milli Məclisin deputatı, professor Fəzail İbrahimli, Akademiyanın rəhbər heyəti, əməkdaşları və kursantlar iştirak edib.

Mərasim iştirakçıları Azərbaycan Respublikasının dövlət quruculuğunda əvəzsiz rolu olan, görkəmli siyasətçi Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq dahi rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər.

Akademiyanın rəisi general-mayor Pənah Süleymanov dekabr ayının 1-dən 15-dək bu təhsil ocağındakı Heydər Əliyev Mərkəzində “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularında açıq dərslərin keçirildiyini bildirərək, ulu öndərin dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi yolunda misilsiz xidmətlərindən danışıb.

Milli Məclisin deputatı, professor Fəzail İbrahimli XX əsr Azərbaycan tarixində milli ruhun, milli özünüdərkin yüksəlişində, müstəqil dövlətçilik ideyalarının gerçəkləşdirilməsində ümummilli liderimizin müstəsna rolundan söhbət açmış, ulu öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sürətlə inkişaf etdiyini, onun Azərbaycan dövlətini dünyaya tanıtdığını bildirib. O, vurğulayıb ki, dövlətimizin başçısı Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir.

Tədbirin sonunda Fövqəladə Hallar Nazirliyinin ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr etdiyi “Sən elə bir zirvəsən...” sənədli filmi nümayiş olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm