ATƏT sədri Baş nazir Artur Rasizadə ilə görüşüb
Bizi izləyin

Nida.az

ATƏT sədri Baş nazir Artur Rasizadə ilə görüşüb

ATƏT-in fəaliyyətdə olan sədri Eymon Gilmorun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 14-də Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşüb.

Publika.Az-ın məlumatına görə, görüşdə Baş naziri Artur Rasizadə bu il Azərbaycanla ATƏT arasında əməkdaşlığın 20 ilinin tamam olduğunu diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Baş nazir qeyd edib ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi hələ də işğal altındadır. Artur Rasizadə bu səfərin münaqişənin həlli istiqamətində müəyyən rol oynayacağına ümidvar olduğunu bildirib.

Azərbaycanla ATƏT arasında əməkdaşlığın 20 illiyinin qeyd edildiyini vurğulayan Eymon Gilmor Bakıda keçirilmiş 57-ci "Eurovision" mahnı müsabiqəsinin yüksək səviyyədə təşkil olunduğundan məmnunluqla söz açıb.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm