Nazirlərin görüşündə Türkiyənin ünvanına sərt ittihamlar
Bizi izləyin

Nida.az

Nazirlərin görüşündə Türkiyənin ünvanına sərt ittihamlar

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan İrəvanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiya xarici işlər və ticarət naziri Eymon Gilmorla görüşü zamanı Türkiyənin ünvanına sərt ittihamlar səsləndirib.

Publika.Az-ın məlumatına görə, görüş zamanı tərəflər son vaxtlar pozulan atəşkəsi müzakirə ediblər.

Gilmor çıxışı zamanı baş verən gərginlikdən narahatlıq keçirdiklərini və bu problemin hərb yolu ilə həllinin olmadığını söyləyib.

Nalband görüşdən sonra jurnalistlərə açıqlamasında Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə zərər vurduğunu deyib.

20 il əvvəl Türkiyənin Minsk Qrupu həmsədrliyinə etiraz eləmədiklərini deyən Nalbandyan ötən 20 ildə Ankaranın bitərəf mövqedən çıxış etmədiyini və prosesə zərbə vurduğunu söyləyib.

Anar Əhmədov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm