Sahib Məmmədov: “ATƏT-in fəaliyyətini də müzakirə elədik“
Bizi izləyin

Nida.az

Sahib Məmmədov: “ATƏT-in fəaliyyətini də müzakirə elədik“

İyunun 5-də ATƏT-in Bakı ofisində hüquq müdafiəçiləri ilə qapalı görüş keçirilməsi barədə məlumat yayılıb.

Görüşdə iştirak edən Əmək Hüquqları Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov Publika.Az-a bildirib ki, belə görüşlər mütəmadi keçirilir:

"Bakıda olan diplomatik missiyaların hər birində bu cür görüşlər təşkil edilir. Bir çoxlarına mən də dəvət olunuram. Bu görüşlərin gizli keçirildiyini iddia eləmək düzgün deyil. Sadəcə tədbir barədə mətbuata məlumat verilməyib".

Sahib Məmmədov qeyd edib ki, görüşdə hüquq müdafiəçiləri və QHT rəhbərləri Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı fikirlərini səsləndiriblər:

"ATƏT-in özünün Azərbaycandakı fəaliyyəti müzakirə predmeti olub. Eyni zamanda Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı, bu prosesdə ATƏT-in Bakı ofisinin rolu ətrafında söhbət getdi".

Əmək Hüquqları Müdafiəsi Liqasının rəhbəri görüşdə ATƏT-in Varşava ofisinin nümayəndəsinin də iştirak etdiyini söyləyib.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm