Parlament partiyası: “ABŞ və müttəfiqlərinin riyakar siyasətini ifşa etməli!“
Bizi izləyin

Nida.az

Parlament partiyası: “ABŞ və müttəfiqlərinin riyakar siyasətini ifşa etməli!“

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Publika.Az-a partiyadan verilən məlumata görə, toplantıda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.

Toplantıda BAXCP İdarə Heyəti ABŞ Dövlət Departamentinin rəhbəri Hillari Klintonun Cənubi Qafqaza səfəri zamanı verdiyi açıqlmaya etirazını bildirib. Bununla bağlı bəyanatda deyilir:

"ABŞ dövlət katibi Gürcüstanda olarkən, öz tarixi torpaqlarında yaşadıqları halda abxazların və osetinlərin öz müqəddəratlarını təyin etmək hüququnu tanımadığını, münaqişənin yalnız bu ölkənin ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü bəyan edib.

Lakin Azərbaycana köçürülümüş azsaylı erməni icmasının öz müqəddəratını təyin etmək hüqununun olduğunu vurğuladı, beynəlxalq hüquqa və indiyə qədər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə həqarət olan bu mövqeyə həqarət etməməsi üçün iqtidara öz dəstəyini ifadə edərək işğala son qoyulması üçün konkret mövqe sərgiləmədi.

Eyni zamanda onu qeyd etmək lazımdır ki, Rusiya Ermənistanı silahlandırdığı halda ABŞ Azərbaycana qarşı silah embarqosunu aradan qaldırmayıb. Hillari Klintonun son səfəri növbəti dəfə təsdiq edir ki, beynəlxalq birlikdən torpaqlarımızın işğaldan azad olunması istiqamətində dəstək gözləmək əbəsdir".

BAXCP iqtidarı neft pullarından istifadə etməklə müdafiə sənayesini inkişaf etdirməyə və torpaqlarımızın işğaldan azad olunması üçün effektli qərarlar qəbul etməyə dəvət edir.

BAXCP radikal müxalifəti heç olmasa bundan sonra Qərbin müəyyən dairələrinin əlində alət olmamağa, ABŞ və onun müttəfiqlərinin riyakar siyasətini ifşa etməyə çağırıb.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm