“Gürcüstan varinatının üzərində dayandıq“
Bizi izləyin

Nida.az

“Gürcüstan varinatının üzərində dayandıq“

Müsavat başqanının müavini Tofiq Yaqublu Publika.Az-a bildirib ki, partiya qurultay üçün yer ayrılması ilə bağlı Azərbaycanın müvafiq strukturlarına müraciət etməyəcək:

"Biz yer ayrılması üçün Gürcüstan hakimiyyətinə müraciət etməyi qətiləşdirmişik. İyunun 18-də Qurultaya Hazırlıq üzrə Təşklat Komitəsinin iclası olacaq. İclasda bəzi detalları dəqiqləşdirəiləcək. Müraciətə müsbət cavab verəcəyi təqdirdə, qurultayımızı qonşu ölkədə keçirəcəyik".

Tofiq Yaqublu qurultayın Türkiyədə keçirilməsi variantının artıq gündəmdə olmadığını bildirib:

"Qurultayın xaricdə keçirilməsi məsələsi ortaya çıxanda Türkiyə və Gürcüstanın adı hallanırdı. Amma müzakirələrdə texniki və digər parametrlər səbəbindən Gürcüstan variantının üzərində dayandıq".

700 nəfərə yaxın qurultay nümayəndəsinin, 200-300 nəfərə yaxın qonağın iştirak edəcəyini təxmin edən Tofiq Yaqublu bu qədər insanın xərclərinin necə qarşılanacağından da danışıb:

"Bakıda keçirilən qurultaylarımızda da xərc tələb olunur. Məsələnin digər tərəfi də var. Tutaq ki, Balakəndən, Zaqataladan, Ağstafadan, Tovuzdan, yaxud Astaradan gələn qurultay nümayəndələri Bakıya xərc çəkib gəlmirlərmi? Bir gün, iki gün hoteldə, yaxud digər bir yerdə qalmaq üçün xərc çəkmirlərmi?

Digər tərəfdən biz bu səfərləri partiyanın büdcəsi hesabına etməyəcəyik. Hər bir qurultay nümayəndəsi öz xərcini özü çəkəcək".

Səxavət

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm