İctimai Palatanın üzvündən quruma ittihamlar
Bizi izləyin

Nida.az

İctimai Palatanın üzvündən quruma ittihamlar

"İctimai Palata qarşıya qoyduğu məqsədlərin və qəbul etdiyi sənədlərin icrasına nail olmayıb".

Publika.Az-a bu sözləri İctimai Palatanın (İP) və Müsavat Partiyası Məclisinin üzvü Mustafa Hacıbəyli İP-in son sessiyasında İP Koordinasiya Şurasının üzvü Pənah Hüseynin çıxışına münasibət bildirərkən deyib.

Pənah Hüseyn İP-i özünün qəbul etdiyi sənədləri yerinə yetirməməkdə ittiham edib. O, qeyd edib ki, 2012-ci il fəaliyyət proqramının 9-cu müddəası hələ də müzakirəyə çıxarılmayıb. Həmin müddəada qurumun prezident və parlament seçkilərində iştirak konsepsiyasının hazırlanması nəzərdə tutulur.

Mustafa Hacıbəyli hesab edir ki, İP-də qərarlar qəbul olunarkən kollegiallığa tam əməl olunmur: "Qərarlar adətən Koordinasıya Şurasında hazırlanır və İctimai Palatanın sessiyasında təsdiq olunmaqla yekunlaşır. Digər tərəfdən isə qərarların icrasına nəzarət lazımı səviyyədə deyil".

Müsavat funksioneri bu fikirdədir ki, İP prezident və parlament seçkilərində iştirak konsepsiyasının hazırlanmasında da gecikir: "Müxalifətin prezident və parlament seçkilərində iştirak formasının müəyyən edilməsi üçün xeyli tədbirlər lazım ola bilər. Bunlardan biri də ilkin seçkilərin keçirilməsidir. Seçkilərə çox vaxt qalması səbəbindən ləng tərpənməyin tərəfdarı deyiləm".

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm